Süni zəka digər süni zəka tərəfindən yaradılmış fake mətni təyin etməyi öyrənib

Süni zəka digər süni zəka tərəfindən yaradılmış fake mətni təyin etməyi öyrənib

Texnologiya
30.07.2019 PAYLAŞIM

    Bir neçə müddət bundan öncə OpenAI təşkilatı insanın yazdığı mətndən fərqlənməyən mətnləri yarada bilən süni zəka texnologiyasını təqdim etmişdi. Bu alqoritm avtomatlaşdırılmış mətn generasiyası tenxologiyasının necə asan şəkildə fake xəbərlər və rəylər yazmağı bacardığını göstərdi. Massaçusets Texnoloji Universitetinin daxilində fəaliyyət göstərən IBM Watson laboratoriyasının müxtəssisləri isə süni zəka tərəfindən yazılmış mətni təyin etməyi bacaran xüsusi süni zəka texnologiyasını yaradıblar.

    Bu barədə Digger.ru saytı xəbər verib. Mütəxəssislər tərəfindən yaradılmış bu yeni süni zəka texnologiyası Giant Language Model Test Room (GLTR) adlanır. Bu texnologiya dil biliyinə əsaslanmır. Əksinə o, cümlələrin strukturlarında olan qanunauyğunluqları axtarır. İstənilən süni zəka mətnləri alqoritm vasitəsilə yaradır. GLTR isə bu alqoritmi təyin edərək varolan cümlənin insan tərəfindən yazılıb-yazılmadığını anlaya bilir.


    Alqoritm ən sadə sözləri yaşıl rəng ilə, daha az gözlənilən sözləri sarı və qırmızı rəng ilə, heç gözlənilməyən sözləri isə bənövşəyi rəng ilə işarələyir. Tərtibatçılar sözügedən alqoritmi Harvard Universitetinin tələbələri vasitəsilə test ediblər. Belə ki, həmin tələbələr süni zəka tərəfindən yazılmış mətnləri təyin etməli idilər. Onların özləri həmin mətnlərin yarısını təyin edə bilirdilər. Lakin GLTR alqoritmi vasitəsilə tələbələr bu cür mətnlərin 72%-ni təyin edə bilirdilər. Alqoritmi bu link vasitəsilə istənilən şəxs test edə bilər.



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


The Office Coworking mərkəzini gəzdik | Ofisdə nələr var?

Biznes ofisləri rubrikamızda bu dəfə The Office-də yaradılan şərait ilə tanış oluruq.


Facebook-un Libra adlı kriptovalyutasının Avropa Birliyində istifadəsinə qadağa ..

Avropa Birliyinə daxil olan ölkələrin maliyyə nazirləri Facebook kriptovalyutasının Avropa Birliyind..


Apple şirkəti iPhone 11 Pro-ların öz istifadəçilərini izləmələri iddiasını təkzi..

Kompüter təhlükəsizliyi sahəsində fəaliyyət göstərən mütəxəssis Brian Krebs dünən bildirmişdi ki, iP..


Əsl film ssenarisi: Kreativ hacker çox maraqlı üsul ilə 1 milyon dollar oğurladı..

Kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən Check Point şirkəti çox kreativ bir hackeri aşkar ed..


Wi-Fi 6 testləri tamamlandı: Saniyədə 10Gb fayl yükləmək mümkün olacaq

Wi-Fi 6 texnologiyası ilə birliktə artıq internet sürəti daha stabil və optimal olaraq işləyə biləcə..


Məşhur analitik 2021-ci il iPhone-lar barədə məlumatlar verdi

Məşhur çinli analitik Ming-Chi Kuo gələcək nəsil iPhone modelləri barəsində məlumatlar verməyə davam..