
Süni zəka, hüquqi proseslərdə insanları əvəz edə bilər. Dünyanın ilk robot vəkili DoNotPay, cəzalara etiraz etmə, icazə tələbi meydana gətirmə kimi əməliyyatları "chatbot" ilə edə bilir.
Stanford Universitetində şagird olan "Joshua Browder", iki il əvvəl
New York və Londonda parkinq cəzalarına etiraz edə bilən bir "chatbot" inkişaf etdirmişdi. 2016-cı ilin iyunu-na qədər DoNotPay adlı chatbot, yüzdə 64% müvəffəqiyyət nisbətiylə 160.000
parkinq cəzasına etiraz etdi.
"Browder", yeni proqramı ilə bu ilin əvvəllərində ABŞ, İngiltərə və Kanadadakı miqrantlara köməklik göstərir. Chatbot, 50 əyalətdə və İngiltərə daxilində 1.000-dən çox fərqli qanuni mövzuda köməkçi vəkil xidməti göstərir. "DoNotPay"in süni zəka dəstəkli köməyindən istifadə etmək üçün sualı axtarış düyməsinə yazmaq kifayət edir və olduğunuz yerə xas köməkçi məlumatlar açılır.
Chatbot sizə suallar soruşaraq bir məktub və ya digər qanuni sənədləri bir araya gətirir. Chatbot doğum icazəsi tələbləri, ev sahibi müzakirələri, sığorta tələbləri və təcavüz kimi mövzularda ərizə yazmaq və ya form doldurmanıza köməkçi olur. Beləliklə vəkil ilə görüşməyə gərək qalmadan, lazımlı ərizə və formalar internet üzərindən nizamlana bilir.
Browder-ın inkişaf etdirdiyi “dünyanın ilk robot vəkili” parkinq cezalarındakı etiraz müvəffəqiyyətini yeni iş sahəsində də davam etdirə bilsə DoNotPay pulsuz hüquqi yardım xidməti halına gələ bilər. Hələ hər hansı bir xarici maliyyə dəstəyi qəbul etməyən Browder, avtomobil mərkəzlərindən sponsorluq götürərək xidmət verməyə davam etməyi planlaşdırır.
Şərh yoxdur