Süni zəka Facebook və Instagram'da narkotik alverçilərini təyin edəcək

Süni zəka Facebook və Instagram'da narkotik alverçilərini təyin edəcək

15.11.2018 PAYLAŞIM

    Bu ilin yaz fəslində ABŞ konqresmenləri Facebook sosial şəbəkəsinin narkotik alverçiləri üçün açıq-aşkar platformaya çevrilməsi səbəbilə Mark Zuckerberg-i sərt şəkildə tənqid etmişdilər. İndi isə sosial şəbəkədə narkotik alveri ilə bağlı şübhəli paylaşımların analizini süni zəkaya həvalə ediblər. Belə ki, xüsusi alqoritmlər bu analizi moderator qismində çalışan insanlardan daha sürətli edəcəklər.

    Beləliklə Facebook və Instagram sosial şəbəkələr sayəsində öz müştəriləri ilə əlaqə yaradan narkotik alverçilərini süni zəka vasitəsilə təyin etmək işinə keçirlər. Yeni sistem, üzərində narkotik vasitələrin əks olunduğu fotoları sürətli şəkildə silməyə qadirdir.. Sistem bunu hətta istifadəçilərin həmin fotonu şikayət etməmiş silməyi bacarır.

Bənzər xəbər


    “Bizim texnologiyamız nəinki qadağan olunmuş maddələrin əks olunduğu fotoları, həmdə onların satışı ilə bağlı niyyətləri, qiymətləri, narkotik alverçilərinin telefon nömrələrini və onların sosial şəbəkə hesablarının linklərini də təyin etməyi bacarır” – deyə Facebook təmsilçisi bildirib. Bu texnologiyanı həmçinin digər şirkətlər də təkmilləşdirərək istifdə edəcəklər. Onların arasında Google Twitter kimi şirkətlər var. Bu işdə yaradılmış Tech Together to Fight the Opioid Crisis adlı qrupa həmçinin Alabama Univeritetinin tədqiqatçıları da daxil olacaqlar. Onlar öz növbələrində narkotik maddələrin yeni satış taktikalarını və onların gizli adlarını araşdıracaqlar.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Redmi Note 8 Pro'nun qiyməti təqdimatdan öncə məlum oldu

Redmi Note 8 Pro smartfon modelinin təqdimatına çox az zaman qalmış onun barəsində demək olar ki, hə..


Redmi brendi artıq K20 smartfon modelinin davamçısı üzərində çalışır

May ayında Xiaomi şirkətinin Redmi brendi Redmi K20 smartfon seriyasını təqdim etmişdi.


Azercell 'Rəqəmsal Dünya Bölgələrdə' layihəsi çərçivəsində uşaqları və məcburi k..

Azercell Telekom “Rəqəmsal Dünya Bölgələrdə” şüarı altında iyul ayından başlayaraq ölkənin şəhər bə ..


Mercedes-Benz şirkəti öz alıcılarını izlədiyini etiraf edib

Smartfon istifadəçiləri artıq təəccüblənmirlər ki, həmin smartfonlr onların yerləşdikləri yerləri iz..


Onlayn sağlamlıq proqramları və məşqlər üçün yeni yerli tətbiq təqdim olundu - F..

Tətbiqin ən əsas üstünlüyü ondan ibarətdir ki, bu proqramlar sizə təsadüfi və kor təbii şəkildə təqd..


ABŞ'ın Huawei şirkətinə təqdim etmiş olduğu lisenziya daha 3 aylıq uzadılacaq..

ABŞ-ın ticarət nazirliyi Huawei şirkətinə qarşı təyin edilmiş sanksiyaların daha 3 ay təxirə salınma..

×