Logo
    main-post-cover

    Süni Zəka ilə səs klonlama: Donald Trump ilk test örnəyi oldu

    Elm & Texnologiya
    02.03.2020
    Nijat
            Süni Zəka artıq demək olar ki, hər sektorda insanların köməyinə çata bilir. Lakin pis niyyətlər üçün də istifadə olunur. Bildiyiniz kimi səs ilə təmin olunan təhlükəsizlik sistemləri var. Bu sistemləri Süni Zəka vasitəsilə aldatmaq mümkün hala gəlib. Belə ki, sistemə qeydiyyatda olan səsi Süni Zəka vasitəsilə klonlamaq mümkündür. Kiber təhlükəsizlik şirkəti olan Pindrop rəsmilərindən Vijay Balasubramaniyan, RSA konfransında bunlara örnək səslər göstərdi.

    Donald Trumpın səsi 1 dəqiqədən az müddətdə Süni Zəka vasitəsilə klonlandı.

            Kiber təhlükəsizlik şirkətinin dediyinə görə son vaxtlar kiber cinayətkarların əsas hədəfi səs tanıma sistemləri olub. Belə ki, əgər şirkət sahibisinizsə və Youtube kimi platformalarda videolarınız varsa, elə bu səsinizi Süni Zəka vasitəsilə klonlamağa yetərlidir. Şirkət buna örnək göstərmək üçün ABŞ prezidenti Trumpın Youtube üzərindəki videolarından birini götürərək sadəcə 1 dəqiqə ərzində səsini klonlaya bildilər. 
            Pindrop-un dediyinə görə ən uyğun və mükəmməl klonlama üçün 5 dəqiqəlik videolar idealdır. Səs klonlandıqdan sonra istənilən adama göndərərək aldatmaq mümkündür. Məsələn, şirkət sahibinin səsini klonlayaraq işçilərə göndərib onlara istədiyinizi etdirə bilməyiniz mümkündür. Digər tərəfdən isə mühəndislər saxta səsi ayırd edə biləcək sistemlər hazırlaya biliblər. Pindrop şirkəti Süni Zəka əsaslı səsləri ayırd etmək üçün xüsusi alqoritm hazırladığını da bəyan etdi. Bu alqoritm danışanın hərf və sözləri necə tələffüz etdiyini analiz edir, sonra isə bu analizi insanların danışma növləri ilə qarşılaşdırır. Nəticədə klonlanan səs aşkarlana bilir.
     
    Paylaş
    Bənzər xəbərlər