
Süni zəka, insan beyni ilə nə zaman eyni səviyyədə olacaq?
Elm & Texnologiya
01.06.2017
Emil
Süni zəkanın insan bacarıqları ilə eyni səviyyədə olması
üçün nə qədər zaman lazımdır? Süni zəkanın insandan daha üstün olacağı bir gələcəkdən
qorxmaq lazımdır mı? Bu cür sualları mütəxəssislər cavablandırıblar.
Robin Hanson:
“The Age of
Em: Work, Love and Life When Robots Rule the Earth” kitabının müəllifi
iqtisadçı Robin Hanson düşünür ki, 100 ildən sonra kompüterlər insan beyni ilə
eyni səviyyədə olacaqlar. Bu o halda baş verə bilər ki, insanlar beynin
emulyasiyasına nail olsunlar. Əks halda bu hadisə 200-300 ildən sonra baş verəcək.
Onlar insanları hər bir sahədə əvəz edəcəklər. İqtisadiyyat sürətlə inkişaf etməyə
başlayacaq, insanlar işləməyəcəklər və bununla yanaşı onlar varlı olacaqlar.
Martine Rothblatt:
“Terasem
Movement” adlı transhumanizm hərəkatının təsisçisi Martine Rothblatt əmindir
ki, kompüterlər insan ilə eyni səviyyədə məhz 21-ci əsrdə olacaqlar. İnsanlar
ölümsüzlüyə çatacaqlar. Ölümsüzlük deyəndə onların kompüterləşdirilmiş hissələri
nəzərdə tutulur. Belələiklə insanlar öz bədənlərini regenerasiya etmək istəyəcəklər.
Nəzərə alsaq ki, robotlar üzərində idarəetməni təbii seçim qanunu həyata
keçirdir və insanlarla münasibətdə öz işinə pis yanaşan robota tələbat yoxdur,
onda narahat olmağa heç bir əsas yoxdur.
Ruchir Puri:
IBM Watson süni zəkasının əsas mühəndisi olan Ruchir Puri
düşünür ki, şahmat və go adlı stolüstü oyunlar oynayan insan beyni kompüterdən
fundamental şəkildə fərqlənir. İnsan beyni, qayğı, rəhm və ixtiraçılıq qabiliyyəti
sərgiləyə bilir. Kompüterlər isə bu xüsusiyyətlərə hələ uzun müddət sahib
olmayacaqlar.
Ray
Kurzweil:
Futuroloq və Sinqulyarlıq Universitetinin təsisçisi Ray Kurzweil-in fikrincə 2029-cu ildə
kompüterlər insanlarla eyni səviyyədə olmaqla yanaşı onları geridə qoyacaqlar.
Bu halda insanlar üçün ən yaxşı strategiya, kompüterlərlə birləşməkdir. Fərqi
yoxdur kompüterlər fiziki cəhətdən insanların daxilində və ya xaricində yerləşəcəklər.
Nick
Bostrom:
Filosof və İnsan Gələcəyi Universitetinin təsisçisi bu mövzu
ilə əlaqədar dəqiq bir müddət qeyd etmir. Lakin o əmindir ki, bu hadisə bir neçə
onillikdən sonra baş verəcək. Nick bu cür aqibətin ən təhlükəli tərəfi kimi
süni zəka üzərində idarəetmənin itirilməsini hesab edir.
Rodney
Brooks:
“Rethink
Robotics” şirkətinin sədri və texniki direktoru Rodney Brooks bu mövzu
barəsində heç də optimistik düşünmür. Onun proqnozlarına əsasən insan beyni ilə
eyni səviyyədə olacaq kompüterlər 100 ildən sonra yaranacaqlar. Adi it səviyyəsinə
isə kompüter növbəti 50-100 il ərzində çatacaq. 20 ildən sonra bir çox ailələr
öz şəxsi robotlarına sahib olacaqlar.
İnsan Gələcəyi İnstitutunun süni zəka mütəxəssisləri
arasında apardığı sorğu əsasında maraqlı qrafik tərtib olunmuşdur. Həmin
qrafikdə robotların, insanları hansı müddət ərzində hansı sahələrdə geridə
qoyacaqları qeyd olunub.
Satıcı – maksimum 25 ildən sonra
Uğurlu bir kitabın müəllifi – 25-50 ildən sonra
Cərrah – 25-50 ildən sonra
Süni zəka sahəsində tədqiqatçı – 75-100 ildən sonra
İnsanların fəaliyyət göstərdikləri bütün sahələr – təqribi
olaraq 125 ildən sonra.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
