Süni zəka, insanı yaxın onillikdə geridə qoya bilər (STATİSTİKA)

Süni zəka, insanı yaxın onillikdə geridə qoya bilər (STATİSTİKA)

Texnologiya
03.06.2017 PAYLAŞIM

İlk öncə süni zəka xarici dilləri insandan daha yaxşı tərcümə edəcək. Daha sonra o, insandan fərqli olaraq daha yaxşı yazacaq, yük avtomobilini daha yaxşı idarə edəcək, məhsulu daha yaxşı sata biləcək və cərrahi əməliyyatları daha yaxşı yerinə yetirəcək. 40 ildən bir qədər çox müddətdə bu texnologiya, insanı zəka faktorunda geridə qoyacaq. Bu cür nəticəyə süni zəka və robotexnika sahələrində çalışan 350 mütəxəssis arasında sorğu aparmış tədqiqatçılar gəliblər. İnsan Gələcyi İnstitutunun mütəxəssisləri, süni zəka və robotexnika sahəsində çalışan 1634 alim arasında süni zəkanın inkişaf perspektivi barəsində sorğu aparıb. Onlardan 352 nəfəri bu sorğuda iştirak edib. Sorğu nəticəsində əldə olunmuş məlumatlar əsasında tədqiqatçılar orta statistikanı tərtib ediblər. Mütəxəssislərin fikrincə növbəti onillikdə süni zəka, xarici dildən tərcümədə (təqribən 2024-cü ildə), məktəb yazılarının tərtib olunmasında (2026-cı ildə) və yük nəqliyyatının idarəsində (2027-ci ildə) insanı geridə qoyacaq. Müəyyən müddətdən sonra isə alqoritm və robotlar yeni bacarıqlar əldə edəcəklər. 2031-ci ildə süni zəka, ticarət sahəsində insanı geridə qoyacaq, 2049-cu ildə bütün dünyada məşhur olacaq kitabı yazacaq və 2053-cü ildə təcrübəli cərrah olacaq. 50%-lik ehtimal ilə alimlər proqnoz verirlər ki, 2060-cı ildə süni zəka, insan ilə eyni səviyyədə olacaq. 125 ildən sonra isə o, bütün sahələrdə birinci olacaq.

Sorğunun müəllifləri qeyd ediblər ki, Şimali Amerikadan olan mütəxəssislərin fikrincə süni zəkanın bu cür inkişafı daha uzun müddəti əhatə edəcək və o yalnız 74 ildən sonra bütün sahələrdə insanı geridə qoyacaq. Asiyalı alimlər düşünürlər ki, belə bir texnoloji təkamül 30 ildən sonra baş verəcək. Asiyanın İT sahəsində olan mütəxəssislər həqiqətən də çox zaman cəsarətli proqnozlar ortaya atırlar. Belə ki, “Alibaba Group” şirkətinin təsisçisi və direktoru Jack Ma-nın fikincə 30 ildən sonra Time jurnalı ilin ən yaxşı direktoru kimi hansısa robotu seçəcək. “Softbank”ın təsisçisi və direktoru Masayoshi Son isə güman edir ki, 30 ildən sonra texnoloji sinqulyarlıq dövrü başlayacaq və yüksək inkişaf etmiş robotlar insanları, say və intellektual bacarıqlar cəhətdən geridə qoyacaqlar. Bununla belə alimlər çox zaman öz proqnozlarında yanılırlar. Belə ki, bir çoxları güman edirdilər ki, süni zəka, məşhur Go adlı stolüstü oyunda insanı yalnız 2027-ci ildə geridə qoyacaq. Lakin 2016-cı ildə AlphaGo adlı alqoritm, Go oyunu üzrə dünya çempionuna qalib gəlmişdı. Digər tərəfdən isə bir çox mütəxəssislər əmindirlər ki, nüvə sintezinin əlçatan enerjisi 40 ildən sonra reallığa çevriləcək. Lakin bu proqnoz onilliklərdir ki, dəyişilməz olaraq qalır.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Blue Origin şirkəti kosmik turistlər üçün olan New Shepard raketinin son uçuş te..

Jeff Bezos-un aerokosmik şirkəti olan Blue Origin özünün New Shepard adlı raketinin final uçuş testi..


NASA-nın yeni aparatının Aya çatdırılması SpaceX şirkətinə həvalə edilib..

NASA-nın Ay səthi üçün nəzərdə tutulmuş yeni aparatı (moon rover) Yer kürəsinin peykinə Falcon Heavy..


Huawei: 'Dünyada olan prosessor çatışmazlığı probleminin səbəbi ABŞ sanksiyaları..

Son zamanlarda dünyada mikrosxem çatışmazlığı problemi yaşanır. Bu isə öz növbəsində məhsulların qiy..


Apple növbəti təqdimat tədbirinin keçirilmə tarixini elan edib

Dünən internetdə Apple şirkətinin növbəti təqdimat tədbiri barəsində məlumat ortaya çıxmışdı. ..


2023-cü ildə Dubayda pilotsuz taksilər istifadəyə veriləcək (VİDEO)

Dubay şahzadəsi Hamdan bin Mohammad öz Twitter hesabında bildirib ki, yaxın gələcəkdə şəhər yolların..


Google Chrome brauzerinə çox faydalı multimedia funksiyası əlavə ediləcək..

Google Chrome-un test versiyasında Youtube-dan daha çox istifadə edənlər üçün faydalı funksiya reall..

×