
Süni zəka Rusiya Federasiyası prezidentliyinə namizədliyini irəli sürdü
Elm & Texnologiya
06.12.2017
Emil
“Yandex” şirkəti tərəfindən yaradılmış Alisa adlı səsli köməkçi Rusiya Federasiyası prezidentliyinə namizədliyini irəli sürür.
Alisa-nın seçkiqabağı qərargahında
bildiriblər ki, səsli köməkçi gələcəyin tamamilə rasional qərarları üzərində
qurulmuş siyasi sistemini yaradacaq. Bu barədə Lenta.ru saytı xəbər verib. Qeyd
etmək lazımdır ki, həmin rasional qərarlar dəqiq alqoritmlər sayəsində qəbul
olunacaq. Alisa isə öz növbəsində “səni şəxsən tanıyan prezident” kimi özünü qərarlaşdırır.
Belə ki, bu səsli köməkçi ilə istənilən rusiyalı şəxs söhbət edə bilər.

Bununla
yanaşı seçkiqabağı qərargah yaradıcıları qeyd ediblər ki, həmin qərargaha
sahibkarlar, biznesmenlər, marketoloqlar və yaradıcı peşələrin nümayəndələri
daxildirlər. Buna baxmayaraq konkret adlar söylənilməyib. Hal hazırda Alisa-nın
prezidentliyə namizədliyinə 4000 səs yığılıb. Seçkiqabağı qərargahın yaradıcısı
Roman Zaripov bildirib ki, süni zəka instinkt və emosiyalara sahib insanın zəif
tərəflərindən məhrumdur. “O, məntiqlə hərəkət edir, hadisələrə obyektiv baxır və
qocalmır” – deyə Roman bildirib. Qeyd etmək lazımdır ki, Rusiya Federasiyasında
prezident seçkiləri 18 Mart tarixində start götürəcək. Qanuna əsasən seçiləcək
prezident bu vəzifədə 6 il müddətində qalacaq.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
