Süni zəka sisteminə sahib insana bənzər Phoenix adlı yeni robot təqdim edilib (VİDEO)

Süni zəka sisteminə sahib insana bənzər Phoenix adlı yeni robot təqdim edilib (VİDEO)

Texnologiya
22.05.2023 PAYLAŞIM

    Kanadanın Sanctuary AI şirkəti insana bənzər Phoenix adlı robotu təqdim edib. Təqdim edilmiş bu robot süni zəka sisteminə sahibdir və o, pərakəndə satış sahəsi ilə bağlı 110 tapşırığı yerinə yetirə bilir. Bura məhsulların yığımı, qablaşdırılması, işarələnməsi, onların anbarlara yığılması və s. kimi tapşırıqlar da daxildir. Phoenix adlı robotun hündürlüyü 170 sm, çəkisi isə 70 kq-dır. Bu göstəricilər orta statistik kişi nümayəndəsinin göstəriciləri ilə eynidir.


    Robotun əlləri özlərində taktil texnologiyaları birləşdirirlər və onların sayəsində əllər toxunuş hissini imitasiya edə bilirlər. Phoenix 25 kq ağırlığında olan yükü qaldırmaq imkanına sahibdir. Robotun ayaqlarının uc hissələrində kiçik ölçülü təkərlər quraşdırılıb. Sözügedən təkərlər vasitəsilə robot saatda 4.8 km sürətlə hərəkət etməyi bacarır. Phoenix-in təlimatlandırılması Canadian Tire Corporation adlı şirkətlə birgə layihə çərçivəsində reallaşdırılır. Robotun istifadəsi çərçivəsində operator VR cihazdan istifadə edərək motion capture sisteminə qoşulur. Bu halda robot operatorun avatarı rolunda çıxış edir. Nəticədə Phoenix operatorun yerinə yetirdiyi hərəkətləri təkrar edir.



DAHA ÇOX


Apple Vision Pro qarışıq reallıq cihazının yeni keyfiyyətli fotoları ortaya çıxı..

Apple şirkəti dünən gecə Vision Pro adlı ilk qarışıq reallıq (AR + VR / Mixed Reality) cihazını təqd..


Honor fərdi prosessorlarını istehsal edəcək

Vaxtı ikən ABŞ hökumətinin sərt sanksiyaları ilə qarşılaşaraq fərdi Kirin prosessorlarının istehsalı..


Apple yenilənmiş Mac Studio-nu təqdim edib - QİYMƏTİ

Yenilənmiş Mac Pro ilə yanaşı Apple yeni Mac Studio-nu da təqdim edib.


Apple M2 Ultra-ya sahib yenilənmiş Mac Pro-nu təqdim edib - QİYMƏTİ

WWDC 2023 konfransı çərçivəsində təqdim edilmiş yeni məhsullardan biri də yenilənmiş Mac Pro kompüte..


Apple ən güclü prosessoru M2 Ultra-nı təqdim edib

Apple WWDC 2023 konfransı çərçivəsində öz yeni və ən güclü prosessoru olan M2 Ultra-nı təqdim edib...


Apple Vision Pro qarışıq reallıq (AR + VR) cihazı təqdim edilib - QİYMƏTİ (VİDEO..

Bir neçə il ərzində olmuş müxtəlif məlumat sızıntılarından sonra Apple şirkəti WWDC 2023 konfransı ç..

×