main-post-cover

    Süni zəka startapı dünyanın ən sürətli ICO-nu keçirdərək 1 dəqiqə ərzində 36 milyon dollar investisiya aldı

    26.12.2017
    Farid Pardashunas
    Süni zəka üçün blockchain əsasında desentrəlizə olunmuş baza yaradan SingularityNet adlı startap dünyanın ən sürətli ICO-nu keçirdib.
    Belə ki, startap 1 dəqiqə ərzində 36 milyon dollar investisiya cəlb edib. Bu barədə Crowdfundinsider saytı xəbər verib. 22 Dekabr tarixində startap tərəfindən keçirilmiş ICO-nun əslində 8 Dekabr tarixində keçirilməsi planlaşdırılırdı. Lakin nəticədə məlum oldu ki, layihəyə vəsait yatırmaq istəyən investorların sayı çox olubu. Belə ki, şirkətə ümumilikdə 361 milyon dollar yatırmaq istəyən 20.000 investor var idi. Buna görə də startap ICO-nu ertələməli oldu. Cinayətkarlıq və pul yuma üzrə mübarizə üçün nəzərdə tutulmuş beynəlxalq qaydalara uymaq üçün şirkət yalnız 36 milyon dollar ilə kifayətlənib. Bunun üçün isə təbii ki, süni zəkadan istifadə olunub. Süni zəka investor namizədlərini seçib. Beləliklə onların sayı 20.000-dən 5000-ə endirilib.
    “Bugünki nəticələr SingularityNet ideyasının reallaşdırılması üçün vaxtın gəlməsi baxımından güclü sübutdur. Bütün dünya üzrə SingularityNet layihəsini müzakirə edərkən mən aşkar etdim ki, o, cəmiyyətin bütün nümayəndələrinin xoşuna gəlir və bizim cəmiyyətdə müşahidə olunan ruh yüksəkliyi nəzərə çarpır” – deyə şirkətin CEO-su Ben Goertzel bildirib.

    SingularityNet-in təsisçilərindən biri olan Simone Giacomelli-nin sözlərinə əsasən komanda yüksək investisiyaların sayəsində layihəni yüksək dərəcədə qiymətləndirməyə çalışmayıblar. AGI (Artificial General Intelligence) brendi adı altında fəaliyyət göstərən SingularityNet açıq kodlu desentrəlizə olunmuş süni zəka bazarı yaradır. Bu blockchain platformada şirkətlər və tərtibatçılar məlumat bazalarını, süni zəka alqoritmlərini sata və tokenlər sayəsində pul qazana biləcəklər.
    Nəticədə süni zəka böyük şirkətlər və dövlətlər tərəfindən ola biləcək təsirdən azad olacaq. İnsanları SingularityNet layihəsinə pul yatırmağı həmçinin Sophia adlı robot da səsləyirdi. SingularityNet-in əsas ideyası ümumi süni zəka platforması yaratmaqdır. Adi insanlar isə həmin platformaya öz dəyişikliklərini əlavə edə biləcəklər. Bu bir növ dünya tarixində ən böyük open source layihəsi olan Linux-un üzərində bütün insanların çalışmasına bənzəyir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər