main-post-cover

    Süni zəka tərəfindən yaradılmış ilk rəsm əsəri hərracda yüksək qiymətə satıldı

    26.10.2018
    Farid Pardashunas
        Bugün Nyu-Yorkda keçirilmiş Christie’s adlı hərracda süni zəka tərəfindən yaradılmış rəsm əsəri 432.000$ qiymətinə satılıb. Süni zəka tərəfindən yaradılmış rəsm əsəri “Portrait of Edmond Belamy” adlanır. Qeyd etmək lazımdır ki, bu, hərracda satılması üçün nəzərdə tutulmuş və süni zəka tərəfindən yaradılmış ilk rəsm əsəridir. İlk olaraq sözügedən rəsm əsərinin 7000-10.000$ vəsaitə satılcağı güman olunurdu. Lakin nəticədə o, 432.000$ qiymətinə satılıb. Sözügedən rəsm əsəri Generative Adversarial Networks adlı kompüter alqoritmi vasitəsilə yaradılıb. Kompüter alqoritminin özü isə Parisin Obvious adlı incəsənət kollektivi tərəfindən yaradılıb. Alqoritmi yaratmış qrup onun daxilinə 14-20-ci əsrlər arasında yaradılmış 15.000 portret rəsmi məlumatlarını daxil edib. Alqoritm generatoru isə həmin məlumatları analiz edərək öz portret əsərini yaradıb.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər