
Süni zəka texnoloji şirkətləri nüvə energetikasına nəzər yetirməyə məcbur edib
Elm & Texnologiya
07.10.2024
Emil
Öz data mərkəzləri üçün ekoloji təmiz enerjinin axtarışı istiqamətində Amazon və Microsoft kimi nəhəng texnoloji şirkətlər atom elektrostansiyaları ilə müqavilələr bağlayıblar. Google isə öz növbəsində bu mövzuda modul tipli mini nüvə reaktorlarına diqqət ayırır. Adi və süni zəka vasitəsilə çalışan data mərkəzlərini enerji ilə təmin etmək yolunda daha çox şirkət indiki vaxtda nüvə energetikasına nəzər yetirir. Məsələn bu il ərzində Amazon və Microsoft şirkətləri ABŞ-ın atom elektrostansiyaları ilə müqavilələr bağlayıblar. Məlumatların emalı üçün nəzərdə tutulmuş yeni data mərkəzlər böyük həcmdə elektrik enerjisini tələb edirlər.
Bu isə öz növbəsində karbon tullantılarının həcmini böyüdür və şirkətləri ətraf mühitə təsirin aşağı salınması məqsədindən uzaqlaşdırır. Bu mövzuda nüvə reaktorları iki problemin həlli ola bilərlər. Stabil enerjinin əldə edilməsi və karbon tullantıları həcminin aşağı salınması. ABŞ Energetika Nazirliyinin Energetik İnformasiyaların İdarəsi şöbəsinin elektrik enerjisinin analizi üzrə baş məsləhətçisi Mark Morey bildirib: “Heş şübhəsiz bu sahənin perspektivləri günümüzdə 5-10 il əvvəlkindən daha parlaqdır”. ABŞ-da köhnəlmə prosesinə olan nüvə reaktorlarının bir hissəsi keçən əsrin 70-ci və 80-ci illərində istifadəyə verilmişdi.
Lakin bütün dünyada nüvə reaktorları ilə bağlı bir sıra hadisələrin baş verməsindən sonra bu sahə bəzi çətinliklərlə qarşılaşdı. Bununla yanaşı atom elektrostansiyalarının inşası çox baha başa gəlir. ABŞ-ın Pensilvaniya ştatında yerləşən Three Mile Island adlı atom elektrostansiyası stabil elektrik enerjisini təmin edə bilir. Bu səbəbdən də o, 24 saat ərzində çalışan data mərkəzlər üçün cəlbedici enerji mənbəyidir. Google şirkəti öz data mərkəzlərinin enerji ilə təmin olunması üçün nüvə enerjisindən istifadə imkanını nəzərdən keçirir. Bununla belə Google CEO-su Sundar Pichai bildirib ki, şirkət bu istiqamətdə həmçinin modul tipli kiçik nüvə reaktorlarının istifadəsi imkanına da nəzər yetirir.
Paylaş
Ən çox oxunanlar

Huawei Pura 80 smartfon seriyasının təqdimatı anons edilib
