main-post-cover

    Süni zəkanın insana qarşı üsyanının qarşısını almaq üçün nə etmək lazımdır?

    Elm & Texnologiya
    07.06.2017
    Farid Pardashunas
    Google” şirkətinin mühəndisi və Miçiqan Universitetinin professoru İqor Markov, süni zəkanın insana qarşı üsyanını, məşhur “Qara Ölüm” xəstəliyi ilə bir səviyyədə tutur. Bütün dünyada Taun xəstəliyi kimi tanınan bu pandemiya, XIV əsrdə təkcə Avropa əhalisinin 1/3 hissəsini məhv etmişdi. İqor Markov, süni zəkanın insana qarşı üsyanının necə qarşısının alınması haqqında fikrini bildirib. İqor Markov qeyd edib ki, orta əsrlərdə mikroskoplar, tibb sahəsində dərin biliklər və hətta infeksiyalı xəstəliklərin təbiəti haqqında ümumi anlayış belə yox idi. Məhz buna görə xəstəlik, uzun illər ərzində yayılmaq da davam edirdi. O, Avropada, Asiyada və Afrikada 60 milyon insanın həyatına son qoymuşdu. Pandemiya sona çatandan sonra belə, heç kim bunun nə olduğunu bilmirdi. Buna oxşar ssenari üzrə süni zəka da insana qarşı üsyan qaldıra bilər. Bununla necə mübarizə aparmaq lazım olduğunu və növbəti zərbənin hardan olacağını heç kim bilməyəcək.
    Süni zəka ilə necə mübarizə aparmaq olar sualına cavab kimi isə Markov yenidən tarixə geri qayıdıb. O düşünür ki, bu məsələnin yeganə çıxış yolu, süni zəka ilə dostlaşmaqdır. Keçmişdə qəbilə ovçuları canavarlarla dostlaşaraq onları əhliləşdirmiş və öz təhlükəsizliklərində istifadə etmişdilər. Müasir insan da süni zəkanı düşmən deyil, öz dostu etməlidir. Bu o demək deyil ki, dost olandan sonra təhlükə sovuşacaq. Lakin dost qismində çıxış edəcək süni zəka, insanları digər təhlükələrdən qoruya biləcək. Markov belə bir qənaətə gəlib ki, təhlükəli süni zəkanın yaranmasının qarşısını almaq üçün onu fiziki cəhətdən məhdudlaşdırmaq lazımdır. Onun əldə edə biləcəyi resurslara sərhəd qoymaq lazımdır. Məsələn elektrostansiyaların təhlükəsizlik sistemlərini ciddi şəkildə planlaşdırmaq lazımdır. İnsanlar istənilən enerji mənbəsinə çıxışı idarə etməlidirlər. Əgər kritik infrastrukturun təhlükəsizliyi barəsində düşünülməsə, onda böyük fəlakətlər baş verə bilər. Markov düşünür ki, süni zəkanın özünü təkmilləşdirmək, təmir etmək və özünü kopyalamaq kimi bacarıqlarını məhdudlaşdırmaq lazımdır. Hər bir hazırlanacaq sistem müəyyən boşluqdan ibarət olmalıdır ki, kritik vəziyyətdə həmin boşluqdan istifadə edərək sistemi deaktiv etmək mümkün olsun. O düşünür ki, zərərli süni zəka məhz hansısa hadisənin və ya səhvin ucbatından yarana bilər. Belə hallar üçün isə onu deaktiv edəcək xüsusi sistem hazırlanmalıdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər