Sürətli Hyperloop nəqliyyat növünün nə zaman istifadəyə veriləcəyi açıqlanıb

Sürətli Hyperloop nəqliyyat növünün nə zaman istifadəyə veriləcəyi açıqlanıb

Texnologiya
10.05.2021 PAYLAŞIM

    Gələcəyin nəqliyyat növünün ilk testlərinə start verilib. Hyperloop vakuum tuneli Las Veqasdan şimalda yerləşdirilib və yaxın bir neçə il ərzində insanların yüksək sürətlə daşınmalarını təmin etməklə səyahət sahəsində inqilab yaradacaq. Virgin Hyperloop-un vakuum tuneli Virgin Group şirkəti tərəfindən inşa edilib. Şirkət metal materialdan hazırlanmış geniş boru daxilində saatda 1200 km sürətlə hərəkət edəcək sərnişin kapsulları texnologiyasını təklif edir. Şirkət mühəndislərinin sözlərinə əsasən yüksək sürətli səyahət zamanı sərnişinlər təyyarələrin havaya qalxdıqları zaman yaşadıqları yüklənmələri hiss edəcəklər. Lakin Hyperloop daxilində sərnişinləri turbulentlik gözləmir.


    Kapsul daxilindəki sakitlikdən isə ətraf səs-küyün boğulması sistemi cavabdeh olacaq. Tunelin daxilində tam vakuum şəraiti yaradılacaq və kapsullar maqnit vasitəsilə tunel daxilində hərəkət edə biləcəklər. Sərnişin kapsullarına gəldikdə, onlar 28 nəfər sərnişin üçün nəzərdə tutulacaqlar. Bundan əlavə olaraq kapsul daxilindəki oturacaqlar uzun / qısa məsafəli səyahətlər və həmçinin yük daşınmaları üçün də təkmilləşdirilə bilərlər. Hyperloop-un kommersiya məqsədli istifadəsinə 2027-ci ildə start verilməsi planlaşdırılır. Virgin Hyperloop şirkətinin planlarına əsasən ilk sürətli vakuum tunellər Hindistanda və Səudiyyə Ərəbistanında istifadəyə veriləcək.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Blue Origin şirkəti gələn ay olacaq ilk kosmik turistik uçuşa əlavə sərnişin yer..

Jeff Bezos-un Blue Origin şirkəti kosmosa ilk özəl uçuş missiyası üçün əlavə sərnişin yerini 28 mily..


NASA agentliyi astronavtları Aya yollayacaq yeni raketini sərgiləyib

NASA agentliyi ilk dəfə olaraq özünün Space Launch System (SLS) adlı raketlərini sərgiləyib...


Facebook-un ilk smart saatı barəsində yeni məlumatlar verilib

İnsayderlər Facebook şirkətinin ilk smart saatı barəsində yeni məlumatları veriblər.


Məşhur analitik Apple şirkətinin AR cihazının nə zaman təqdim olunacağını açıqla..

WWDC 2021 konfransından sonra məşhur analitik Ming-Chi Kuo, Apple şirkətinin öz artırılmış reallıq c..


Amazon-un yaradıcısı Jeff Bezos yaxın zamanda kosmosa yollanacaq

Amazon şirkətinin təsisçisi Jeff Bezos heç gözlənilmədən kosmosa uçmaq planını elan edib...


Çin Kosmik Stansiyasının yeni növ mühərriklər vasitəsilə çalışacağı məlum olub..

Yer kürəsinin orbitində yığılmasına start verilmiş Çin Kosmik Stansiyası barəsində yeni məlumatlar o..

×