
“Synaptics” şirkəti bildirib ki, ekrana inteqrasiya olunmuş barmaq izi skanını (Clear ID) Yanvar ayında keçiriləcək CES 2018 konfransında rəsmi olaraq təqdim edəcək.
Yeni texnologiyanın hansı smartfonda olacağı bildirilməsə də, “Synaptics” qeyd edib ki, bu, ilk 5 istehsalçı siyahısına daxil olan şirkətdir. Bu barədə Digital Trends saytı xəbər verib. Face ID texnologiyasına sahib iPhone X-in satışa çıxmasından sonra “Apple” şirkəti Touch ID barmaq izi skanı texnologiyasının dəstəyini dayandırdı. Lakin istifadəçi üzünün skanı texnologiyası hələki ideal şəkildə çalışmır. Bu halda digər istehsalçılarda iki variant qalır. Face ID ilə eyni yolu getmək və ya barmaq izi skanı texnologiyasını təkmilləşdirmək.
“Apple” şirkətindən başqa smartfonu ön kamera vasitəsilə blockdan çıxartmaq texnologiyasını həmçinin “OnePlus”, “LG”, “Samsung” və “Huawei” şirkətləri təklif edir. Barmaq izi skanı texnologiyasından imtina etməyin əsas səbəbi isə uzun düyməsiz ekranlardır. Bir sıra istehsalçılar bu səbəbdən barmaq izi skanını smartfonların arxa panelinə keçirtdilər. Nəticə isə heç ürəkaçan olmadı. “Synaptics” digər şirkətlərə Touch ID texnologiyasına sadiq qalaraq bu trendə daxil olmaq üçün yardım etmək istəyir.
Huawei şirkəti öz videokartlarını istehsal edəcək
Şirkətin hazırladığı Synaptics Clear ID FS9500 adlı sensor OLED ekranın alt
hissəsində yerləşir və barmaq izlərini elektrik cərəyanı sayəsində təyin edir.
Bununla yanaşı şirkətin verdiyi məlumata görə yeni barmaq izi skanı
texnologiyasına nə ekranın üzərindəki örtük, nədəki ekranın yaş olmağı mane ola
bilər. Ötürücü ekranın istənilən yerində yerləşə bilər. Lakin bu baxımdan şirkətin
öz məsləhətləri olacaq. Clear ID-nin əsas özəlliyi sürətindədir. Belə ki, o,
telefonu blockdan 7 millisaniyəyə çıxara bilər. Bu isə üzün tam skanı
texnologiyasından 2 dəfə sürətlidir. Şirkət həmçinin qeyd edib ki, ötürücü hack
olunma ehtimalından 99% qorunur.
Şərh yoxdur