main-post-cover

    Tədqiqatçılar Wi-Fi siqnalı vasitəsilə divarın əks tərəfini görməyi bacarıblar (VİDEO)

    Elm & Texnologiya
    23.05.2017
    Farid Pardashunas

    Məlumdur ki, Wi-Fi siqnalı istənilən (demək olar ki, istənilən) maneədən keçə bilər.

    Alman alimləri siqnalın bu özəlliyindən istifadə edərək divarların arasından görməyi öyrəniblər. Bu ideyanın əsasında elektromaqnit dalğaların müəyyən obyektlərin ətrafında hərəkəti zamanı həmin obyektlərdən əks olunduqda yaratdıqları formaların analiz və qeydiyyatı dayanır. Sadə sözlə desək alimlər divarın əks tərəfində də Wi-Fi dalğalarının yayıldığı obyektləri müəyyən etməyi bacarıblar. 3D vizualizasiya üsulu ilə əlaqəli bu araşdırma ilk öncə adi tələbə diplomu layihəsi kimi başladı. Daha sonradan layihə, böyük tədqiqata çevrildi. Tədqiqatda sözükeçən üsul, saniyədə 10 dəfə vizualizasiya təmin etməyi və irimiqyaslı modelləşdirmə üzrə bütöv bir binanın daxili strukturunu yarada bilir. Wi-Fi siqnalından vizualizasiya üçün istifadə etmək yeni bir ideya deyil. Lakin sözügedən tədqiqatın müəllifləri qeyd ediblər ki, böyük məkanların 3D modelini yaratmaq üçün bu siqnaldan istifadə etmək birinci təcrübədir.
    Bir çox detalları əks etdirmək üçün sistem hələki lazımi dəqiqliyə sahib deyil. Buna baxmayaraq onun vasitəsilə məkanda olan əsas obyektləri müəyyən etmək olar. “Əgər stolun üstündə stəkan varsa, onda siz stolun üzərində kiçik obyektin olduğunu görəcəksiniz. Lakin onun dəqiq formasını müəyyən edə bilməyəcəksiniz. Buna baxmayaraq siz insanı, iti və ümumiyyətlə ölçüsü 4 santimetrdən böyük olan istənilən obyekti müəyyən edə biləcəksiniz” – deyə tədqiqatın müəllifi qeyd edib. Sözügedən üsul, Wi-Fi ötürücüsünü, 2 antenə sahib zəif radiolokasiya cihazı kimi istifadə edir. Antenlərdən biri 2D müstəvisini yaradır, digəri isə birinci anten məlumatlarının nisbətində siqnalı müəyyən edir. Antenlər, təsviri yaratmaq üçün lazımi məlumatları əldə edəndən sonra obyektlərin 3D təsviri, rəqəmsal yenidənqurma alqoritminə ötürülür. O isə öz növbəsində məkanda olan obyektlərin holoqrafik xəritəsini hazırlayır.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər