
Tanışlıq tətbiqlərindəki qadın botlar dələduzluq vasitəsilə istifadəçilərdən 154 milyon dollar əldə etdilər
Elm & Texnologiya
09.01.2018
Emil
Çin polisi 21 şirkətə məxsus tanışlıq tətbiqlərin fəaliyyətini dayandırıb və istintaq çərçivəsində ölkənin 13 vilayətində çalışmış 600 şübhəli şəxsi həbs edib.
Nəticədə polislər aşkar ediblər
ki, həmin tanışlıq tətbiqlərindəki bir çox qadınlardan olan ismarışlar əslində
kompüter tətbiqləri vasitəsilə generasiya olunub. Beləliklə seks botlar müxtəlif
hədiyyələr istəyib və digərlərinə bu cür ismarışlar göndərərək onlardan pul vəsaitləri
əldə etməyə çalışıblar. Polislər müəyyən ediblər ki, bu cür botlara güvənən
10.000-ə yaxın şəxs olub və onlar ümumilikdə 154 milyon dollar vəsait göndəriblər.
Qeyd etmək lazımdır ki, polislər hələ keçən ilin Avqust ayından ölkənin cənubunda
yerləşən Quandun vilayətində istintaqa start vermişdilər. İstintaqa start
verilməsinə səbəb isə tətbiqlərdən birinin əslində var olmayan pornoqrafik videoların
göstərilməsi üçün istifadəçilərdən pul götürməsi idi. Nəticədə məlum oldu ki,
minimum bir şirkətin tərtibatçıları qızların fake səhifələrini yaradıblar. Həmin
səhifələr vasitəsilə isə botlar yeni istifadəçilərə salamlayıcı ismarışlar və komplimentlər
göndərirdilər.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Süni zəka qlobal pandemiya riskini artıra bilər
