Tarix üzrə dünyada ikinci şəxs QİÇS xəstəliyinə tamamilə qalib gəlib
Elm & Texnologiya
05.03.2019
Emil Nəcəfov
“Berlindən olan pasient” kimi tanınan şəxsin QİÇS xəstəliyinə qalib gəlməsi hadisəsindən 12 il sonra dünyada ikinci bir şəxs də bu xəstəliyə qalib gələ bilib. Bu dəfəki xəstə Londondan olub. Alimlər sümük iliyi transplantasiyasının köməyi ilə QİÇS xəstəliyinə qalib gəlmənin ikinci uğurlu halı barəsində xəbər veriblər. Bu brədə Hightech.plus saytı xəbər verib. “Berlindən olan pasient” kimi tanınan Timothy Brown adlı şəxs QİÇS-ə leykemiya xəstəliyi vasitəsilə qalib gəlmişdi. Qan xərçəngini aşkar etmiş alimlər xüsusi donordan sümük iliyinin hüceyrələrinin transplantasiyasını təklif etmişdilər. Həmin xüsusi donor isə CCR5 reseptorlarının mutasiyasına sahib idi. Bu cür mutasiyaya sahib olan insanlar QİÇS xəstəliyinə dözümlü olurlar. Nəticədə sümük iliyi hüceyrələrinin transplantasiyası vasitəsilə Timothy Brown QİÇS xəstəliyinə qalib gələ bildi.
Beləliklə həmin haidsədən 12 il sonra bu texnologiyanın köməyi ilə ikinci bir şəxs də QİÇS-ə qalib gələ bilib. “Londondan olan pasient” kimi tanınan ikinci şəxs QİÇS xəstəliyinə 2003-cü ildə yoluxub. 2012-ci ildə isə onda Xodjkin limfoması xəstəliyi aşkar edilmişdi. Timothy Brown-da da olduğu kimi ikinci şəxsə də CCR5 reseptorlar mutasiyasına sahib donorun sümük iliyi hüceyrələri transplantasiya edildi. Qeyd etmək lazımdır ki, QİÇS xəstəliyinə qalib gəlmiş ikinci şəxsin xahişi ilə onun adı çəkilmir. Alimlər bildiriblər ki sözügedən transplantasiya prosesi ideal keçməyib. Xəstədə bəzi əks təsirlər müşahidə olunub. Həmin əks təsirlər Timothy Brown-da da müşahidə edilirdi.
Timothy Brown-da artıq 12 ildir ki, QİÇS əlamətləri müşahidə olunmur. O, QİÇS-ə qarşı dərmanları qəbul etmir. Alimlər bildiriblər ki, QİÇS xəstəliyinin bu üsulla müalicəsinin miqyasının artırılmasından danışmaq olmaz. Belə ki, CCR5 reseptorları mutasiyasına sahib olan insanları tapmaq çox çətindir. Onlar əsasən Şimali Avropa mənşəli olurlar. Alimlər hələki CCR5 mutasiyasının QİÇS-ə qarşı yeganə silah növü olduğunu söyləməyə hazır deyillər. Bu xəstəliyə qalib gəlmiş hər iki şəxsdə orqanizmin transplantasiya sonrası donor hüceyrələrini qəbul etməmək prosesi müşahidə olunub. Bu da öz növbəsində QİÇS ilə mübarizədə vacib rolu oyanaya bilər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
GTA 6-nın yeni görüntüləri internetə sızdırılıb!
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!