main-post-cover

    Technote, ilk Azərbaycandilli təkmilləşdirilmiş ÇatBotu - Lalanı istifadəyə verir

    08.12.2017
    Farid Pardashunas
        "Facebook"un "Messenger" platforması üzərindən istifadəyə verilən çatbot Lala, özündən əvvəlki, Dilqəm adlı botun davamçısıdır. Sələfindən fərqli olaraq Lala, xüsusi texniki alqoritmlərə malikdir və texnologiya, startap gündəmini dərindən izləyə bilir. Technote tərəfindən inkişaf etdirilən bu bot ilk professional azərbaycan dilli botlardan biridir. Botun əsas işi Technote-un rəsmi facebook səhifəsinə yönləndirilən sorğuları cavablamaqdır.  Lala ilə ünsiyyət qurmaq üçün Technote Facebook səhifəsinə mesaj yaza yaxud bu linkdən birbaşa keçid edə bilərsiniz.
    Botun müəllimi Fərid Pərdəşünas açıqlamasında:       
    "ÇatBot artıq son illərin məşhurlaşan bir əlavəsidir. Bütün dünyada bu tendensiya geniş yayılıb. Artıq texnologiya çox sürətlə inkişaf edir. Dünyanın müxtəlif ölkələrində süni zəka əsaslı layihələr hazırlanır. Bunların ən sadə və başlanğıc modelləri elə çatbotlardır. Lakin bugünə qədər hələ də bu tendensiya Azərbaycanda yayılmamışdı. Baxmayaraq ki, çatbotlar hələ keçən ilin trendi idi. Biz Azərbaycanda texnologiya informasiya bazarının lideriyik və belə trendləri ölkəyə gətirmək, şirkətlərə göstərmək bizim öhdəmizə düşür. Azərbaycan bazarı innovasiyalara açıq olamasa da, biz şirkətlərə əslində onlayn müştəri xidmətlərini necə asan bir hala salmağı göstərmək istədik. Elə bu məqsədlə biz ilk bot Dilqəmi, daha sonra onun davamçısı Lalanı yaratdıq. Burada hər şey sadə səslənə bilər amma bir botu öyrətmək sadəcə ona müəyyən sualları və cavabları daxil etmək deyil. Hər bir əmrin və komandanın arxasında alqoritmlər dayanır. Bizim məqsədimiz Lalanı Azərbaycanın ən ağıllı internet botu etməkdir və əminəm ki, buna nail olacağıq"
    Lalanın instagram hesabı : instagram.com/catbotlala/
        Lalada edilən ilk yaxşılaşdırma, botun Technote.az-da olan bütün məlumatlara birbaşa girişinin olmasıdır. Bu yenilənmə ilə siz hər hansı şirkət, məhsul, texnologiya, şəxs haqqında məlumat axtardığınız zaman istədiyiniz adı çata yaza bilirsiniz. ( Məsələn: Uber, Elon Musk, Samsung, iPhone və s. ). Əvəzində Lala sizə bu haqda məlumatı Technote.az-dan tapıb çıxara bilir. Beləcə qısa zaman ərzində siz axtardığınız məlumatı tapa bilirsiniz.
        "Google API" və "Google Custum Search" texnologiyaları əsasında çalışan bu axtarış sistemi çox qısa müddət ərzində lazım olan informasiyanı birbaşa Lalaya ötürür. İstifadəçilərlə fərdi ismarışlaşa bilən botun əsas funksiyası məhz texnoloji bələdçi olmaqdır. Buna baxmayaraq o, ona yazılan bütün məlumatları analiz edərək, cavab yaza bilir. Bot, "Chatfuel" platforması tərəfindən hazırlanıb və Technote tərəfindən inkişaf etdirilir. Lala növbəti 2 ay ərzində aşağıdakı sahələr üzrə inkişaf yolu qət edəcək.
    Lalaya ilk məktubu yazmaq üçün bu ünvana daxil olun: m.me/technote.az
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər