main-post-cover

    'Technote Media' rəsmi olaraq 'Korporativ Bot' xidmətini elan edir (Botlar Satışa Çıxır)

    27.01.2018
    Farid Pardashunas
        Bir neçə gündür sosial medianın gündəminə çevrilən "Bot Lala"ya olan marağı nəzərə alıb, əməkdaşlıq etmək istəyən şirkətlər üçün yeni xidmətimizi elan edirik. "Chatfuel.com" platforması üzərində yaradılan Lala, "Fbstart" "Chatfuel" dəstəyi əsasında "Technote" tərəfindən təkmilləşdirilmiş azərbaycandilli botdur. 
    Lala haqqında geniş məqalə burada.
        Qısa müddət ərzində Technote facebook səhifəsini idarə etməklə məşhurlaşdı. İlkin olaraq istifadəçilərin texniki suallarına "Google Custum Search API"ları vasitəsilə saytımızda cavab axtarmağa çalışan Lala, növbəti mərhələdə istifadəçilərin sorğuları əsasında birbaşa söhbətlərdə iştirak etməyə başladı. Son 2 gün ərzində 6000-dən çox insanla danışmağı bacaran bot, tam olaraq avtomatlaşdırılmış əsaslarda fəaliyyət göstərir.
        Lalaya qarşı şirkətlərin artan marağını nəzərə alıb, yeni xidmətimizi sizlərə təqdim etməkdən məmnunluq hissi yaşayırıq. Beləliklə, sosial media kanallarınızda birbaşa müştərilərin bot tərəfindən qarşılanmasını və onların suallarının avtomatik cavablandırılmasını istəyirsinizsə, yeni təqdim etdiyimiz xidmətlərlə tanış ola bilərsiniz. 
        Biz, Lalanın 3 yeni klonunu yaratdıq. Təkmilləşdirilmiş botlar ən az Lala qədər biliyə avtomatik sahibdirlər (çünki, onlar klondurlar). Bu botlar sizə imkan verəcək ki, səhifənizə daxil olan bütün sorğular cavablandırılsın. Bunun üçün biz 6 şaxəli xidmət təklif edirik:
    1 - "E-commerce" ilə məşğul olan şirkətlər üçün prosesin çatbotlar vasitəsilə avtomatlaşdırılması. Müştəri, səhifə vasitəsilə lazım olan məhsulu, botun köməyi ilə seçib, sifariş edə biləcək.
    2 - "Müştəri Xidmətləri" - Bu sahədə isə bot, şirkətinizə ünvanlanan sorğuları cavablayır. Hər hansı yaşanmış problem varsa, qeydə alır və cavablandırır. Əgər, bot bu mərhələdə suala cavab tapa bilməsə, dərhal yaşanmış problemi analiz edir və sizə "mail" olaraq problemi göndərir. Növbəti dəfə isə Lala, artıq bu problemi, özü də cavablaya bilir.
    3 - "Event Management" - Tədbir təşkilatçısı şirkətlər və tədbirlərinə qeydiyyatı bot üzərindən aparmaq istəyən şirkətlər üçün təklifdir. Burada hazırlanmış bot, yenə də A-dan, Z-yə qədər bütün prosesləri icra edir. Tədbir haqqında məlumat, tədbirə qeydiyyat, bilet satışı və s. kimi hər bir işi icra etmək bacarığına sahibdir.
    4 - "Feedback Halqası" - Müxtəlif sorğular və müştəri məmnuniyyətini ölçmək əsasında keçirilən kampaniyalar üçün təkmilləşdirilmiş bot. Bu bot sorğu əsasladır və müştərilərin "feedback"lərini ala bilir. Alınmış bütün məlumatlar sonda emal olunur və sizə məlumat verilir.
    5 - "Restoranlar Şəbəkəsi" - Restoran menyuları, menyularda olan yeməklər, haqlarında məlumat və rezervasiya. Bütün bunları bot vasitəsilə etmək mümkündür. Siz sadəcə bütün işi bota həvalə edin. Bot müştəri ilə danışıb, zövqünü öyrənəcək və onu restorana dəvət edəcək. Menyudan isə müştəri, istədiyini seçə bilər.
    6. "Məşhurlar və Müğənnilər" - Məşhur şəxslər və Müğənnilərə daxil olan mesajların sayı, hesabı yoxdur. Hamıya eyni anda ancaq bot cavab yaza bilər. Və bunu 0 xəta ilə bacarar. Eyni zamanda sizin haqqınızda məlumat, konsertlər, konsert tarixləri və bilet satışları bu bot üzərindən mümkün olacaq.
    Öz şirkətinizin sosial media hesablarını avtomatlaşdırmaq üçün "Botnote"a müraciət edə bilərsiniz. 

    info@technote.az
    + 994 50 231 25 38 

    Linki kopyala