
"Technote" Planetin ən böyük texnologiya və sahibkarlıq konfransı olan "TNW"də iştirak edir. Burada nələr baş verir?
Elm & Texnologiya
19.05.2017
Artıq ənənə halını almaqla hər il keçirilən Avropanın ən məşhur texnologiya və startap konfransı "The Next Web Conference" 2-ci gündür ki, qapılarını iştirakçılara açır. Dünyanın müxtəlif ölkələrindən minlərlə insanın axın etdiyi bu konfrans "TNW" rəhbəri Boris Veldhuijzenin dili ilə desək startapçıların təqdvimdə yer alan ən yaxşı bayramdır.
18 - 19 May tarixlərində keçirilən konfransın artıq son günüdür. Konfransda dünyanın məşhur şirkətlərinin nümayəndələri spiker qismində çıxış edir. "Westerpark" adlanan olduqca böyük ərazidə keçirilən bu konfransda zövqünüzə və marağınıza uğun olan zallardan biri seçməklə, müxtəlif mövzularda spikerlərin təqdimatlarını izləyə bilərsiniz. "GASHOUDER" binası rəqəmsal mövzuda konfransın ən əsas binası hesab olunur və əksər maraqlı çıxış və təqdimatlar məhz bu binada keçirilir.
Konfransın ikinci əsas zalı "Media & Marketing" panelinin olduğu "The Dome" binasıdır. Qarşısında saatlarla növbələrin olduğu bu binada dünyanın məşhur mütəxəssisləri öz təcrüələrini iştirakçılarla bölüşürlər. Qeyd edək ki, bu zalda baş tutan ən maraqlı çıxışlardan biri "Booking.com" rəhbəri Gillian Tansın çıxışı oldu.
"TRANSFORMATORHUİS" binasında keçirilən "Entrepreneurship & Talent" paneli? sahibkarlar və startapçıların ən sevimli məkanı oldu desək, yanılmarıq. Silikon Vadisindən dəvət almış startap sahiblari müzakirəli panellərlə konfrans iştirakçılarının marağını xüsusilə çəkə bildi. Michael Pryor ( Co-founder Trello) və Ryan Hoover ( Founder ProductHunt ) -in çıxışları zamanı zalda yer tapmaq qeyri-mümkün idi.
"Westerliefde" binasında "IBM", "ADOBE" və s. digər iri şirkətlərin vörkşopu keçilir. Öncədən qeydiyyatla vörkşopda iştirak mümkündür. Biz düşünürük ki, konfransın ən faydalı və praktiki hissəsi məhz bu zalda baş tutdu. "Pitch Tower" binası isə dünyanın müxtəlif ölkələrindən gələn, startapların "Battle"na ev sahibliyi etdi. "Boost Startup Competition" və "Scale Startup Competition"da startapların ilkin təqdimatları üçün cəmi 1 dəqiqə vaxt ayrılmışdı. Seçilmiş startaplar isə hal hazırda baş tutan final mərhələsində investorlar önündə "tər tökürlər".
"Technote Media" olaraq Hollandiyadan ən son xəbərləri sizlərə çatdırmağa çalışırıq. Bu il "Technote Media" olaraq "The Next Web"lə rəsmi olaraq ilk əməkdaşlığımızı reallaşdırdıq və hal hazırda sözügedən konfransın rəsmi media dəstəkçisiyik. Olduqca yükəsək abu-havada təşkil olunan tədbirdə 10.000-ə yaxın insan iştirak edir. Konfrans bu axşam 21:00 - da baş tutacaq "After Party" ilə fəaliyyətinə yekun vuracaq.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...
Ən çox oxunanlar