Technote  Planetin ən böyük texnologiya və sahibkarlıq konfransı olan  TNW də iştirak edir. Burada nələr baş verir?

Technote Planetin ən böyük texnologiya və sahibkarlıq konfransı olan TNW də iştirak edir. Burada nələr baş verir?

Texnologiya
19.05.2017 PAYLAŞIM

Artıq ənənə halını almaqla hər il keçirilən Avropanın ən məşhur texnologiya və startap konfransı "The Next Web Conference" 2-ci gündür ki, qapılarını iştirakçılara açır. Dünyanın müxtəlif ölkələrindən minlərlə insanın axın etdiyi bu konfrans "TNW" rəhbəri Boris Veldhuijzenin dili ilə desək startapçıların təqdvimdə yer alan ən yaxşı bayramdır. 


18 - 19 May tarixlərində keçirilən konfransın artıq son günüdür. Konfransda dünyanın məşhur şirkətlərinin nümayəndələri spiker qismində çıxış edir. "Westerpark" adlanan olduqca böyük ərazidə keçirilən bu konfransda zövqünüzə və marağınıza uğun olan zallardan biri seçməklə, müxtəlif mövzularda spikerlərin təqdimatlarını izləyə bilərsiniz. "GASHOUDER" binası rəqəmsal mövzuda konfransın ən əsas binası hesab olunur və əksər maraqlı çıxış və təqdimatlar məhz bu binada keçirilir.

Konfransın ikinci əsas zalı "Media & Marketing" panelinin olduğu "The Dome" binasıdır. Qarşısında saatlarla növbələrin olduğu bu binada dünyanın məşhur mütəxəssisləri öz təcrüələrini iştirakçılarla bölüşürlər. Qeyd edək ki, bu zalda baş tutan ən maraqlı çıxışlardan biri "Booking.com" rəhbəri Gillian Tansın çıxışı oldu.

"TRANSFORMATORHUİS" binasında keçirilən "Entrepreneurship & Talent" paneli? sahibkarlar və startapçıların ən sevimli məkanı oldu desək, yanılmarıq. Silikon Vadisindən dəvət almış startap sahiblari müzakirəli panellərlə konfrans iştirakçılarının marağını xüsusilə çəkə bildi. Michael Pryor ( Co-founder Trello) və Ryan Hoover ( Founder ProductHunt ) -in çıxışları zamanı zalda yer tapmaq qeyri-mümkün idi.

"Westerliefde" binasında "IBM""ADOBE" və s. digər iri şirkətlərin vörkşopu keçilir. Öncədən qeydiyyatla vörkşopda iştirak mümkündür. Biz düşünürük ki, konfransın ən faydalı və praktiki hissəsi məhz bu zalda baş tutdu. "Pitch Tower" binası isə dünyanın müxtəlif ölkələrindən gələn, startapların "Battle"na ev sahibliyi etdi. "Boost Startup Competition" və "Scale Startup Competition"da startapların ilkin təqdimatları üçün cəmi 1 dəqiqə vaxt ayrılmışdı. Seçilmiş startaplar isə hal hazırda baş tutan final mərhələsində investorlar önündə "tər tökürlər".

Konfransı maraqlı edən detallardan biri də "Hack Battle" oldu. Proqramçıların "canavara" döndüyü və gecəsini gündüzünə qatdığı yarışdan üzüağ çıxan komanda 2000 avro qazandı.

"Technote Media" olaraq Hollandiyadan ən son xəbərləri sizlərə çatdırmağa çalışırıq. Bu il "Technote Media" olaraq "The Next Web"lə rəsmi olaraq ilk əməkdaşlığımızı reallaşdırdıq və hal hazırda sözügedən konfransın rəsmi media dəstəkçisiyik. Olduqca yükəsək abu-havada təşkil olunan tədbirdə 10.000-ə yaxın insan iştirak edir. Konfrans bu axşam 21:00 - da baş tutacaq "After Party" ilə fəaliyyətinə yekun vuracaq.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Növbəti AirPods modelləri istifadəçinin identifikasiyası funksiyasını əldə edə b..

Apple şirkətinin yeni patentlərindən birində növbəti AirPods modellərində ola biləcək yeni funksiyal..


Alimlər: 'Bitcoini kvant kompüterlər vasitəsilə hack etmək mümkündür'

Böyük Britaniyanın Sasseks Unversitetinin alimləri yeni tədqiqatlarının nəticələrini təqdim ediblər...


Alimlər kvant kompüterləri üçün yeni proqramlaşdırma dilini yaradıblar

Massaçusets Texnologiya İnstitutunun alimləri Twist adlı yeni proqramlaşdırma dilini yaradıblar...


Alimlər atmosferdən CO2 qazını yığa biləcək mexaniki ağaclar yaradıblar..

Arizona Universitetinin alimi Klaus Lackner-in rəhbərliyi altında tədqiqatçılar xüsusi mexaniki ağac..


Saniyədə 16 terabayt həcmli məlumatların emalı: Meta şirkəti öz superkompüterini..

Meta şirkəti AI Research SuperCluster (RSC) adlı superkompüteri yaratdığını elan edib.


Apple bu il rekord sayda yeni məhsul təqdim edəcək

Bloomberg saytının məşhur jurnalisti Mark Gurman Apple şirkətinin bu il üçün olan planları barəsində..

×