'Technote' Seulda LG'nin əsas ofisindədir. LG məişət texnikasında hansı innovasiyaları tətbiq edir?

'Technote' Seulda LG'nin əsas ofisindədir. LG məişət texnikasında hansı innovasiyaları tətbiq edir?

11.05.2018 PAYLAŞIM

    LG şirkəti mütəmadi olaraq təşkil etdiyi media səfərlərindən daha birini reallaşdırır. "2018 LG Press Tour" səfəri çərçivəsində MENACIS ölkələrindən olan media qurumları Seul-a səfər edir. Ötən ildən etibarən, LG-nin Azərbaycan bazarına marağının daha da artması və bu bazarı xüsusi diqqətdə saxlaması, şirkətin bizim bazarda da aktiv marketinq və reklam kampaniyalarına start verəcəyinin əsas xəbərçisi idi.  Elə bu səbəbdən də bu il üçün nəzərdə tutulan media səfərinə Azərbaycan da ölkə olaraq qatılır. Azərbaycanın ən qabaqcıl texnologiya bloqu olaraq isə səfərin ölkəmizdən əsas dəvətlisi "Technote" oldu.    Media turun açılışı LG-nin əsas binası olan "Twin Tower 1"də baş tutdu. Səhər saatlarından etibarən başlayan mətbuat konfransında LG şirkətinin rəsmiləri müəssisənin bazar payı, məişət texnikası bazarında liderliyi haqqında məlumatla yanaşı, 5 yeni məişət texnikasında innovasiyadan necə istifadə olunması barədə qapalı görüşdə media nümayəndələrini məlumatlandırdılar. Soyuducu, hava təmizləyici, soba və kondisioner kimi məişət texnikaları təqdim olunan avadanlıqlar arasında idi. Təqdim olunan məhsullar üçün diqqət çəkən ən önəmli məqam isə LG-nin yeni məhsullarında daha çox innovasiyaya yer verməsi idi. Artıq demək olar ki, bütün LG məhsulları LG-nin "ThinQ" adlanan süni zəka layihəsi əsasında hazırlanır. Bütün cihazlar və məişət texnikalarının bu ağıllı texnologiya üzərində qurulması imkan verir ki, evdə olan cihaz və avadanlıqlar vahid platformadan ağıllı bir şəkildə idarə olunsun.

    LG mühəndislərinin sözlərinə görə "ThinQ AI" texnolgiyası LG-nin mütəmadi olaraq üzərində çalışdığı və özlərinə məxsus olan süni zəka layihəsidir. "ThinQ"nü, biz ən son LG-nin son model mobil cihazı olan V30S və bayraqdar smartfonu hesab edilən LG G7 modelində görmüşdük. Ümumiyyətlə hal-hazırda şirkətin qarşısında duran əsas məqsədlərdən biri də sözügedən süni zəka layihəsini inkişaf etdirmək və bütün cihaz və texnikalara tətbiq etməklə insan həyatını asanlaşdırmaqdır. Konfrans zamanı media önündə təqdim olunan maraqlı və diqqətimizi çəkən məişət texnikasından biri də LG-nin yeni model soyuducuları oldu. Aşağıdakı şəkildən də gördüyünüz kimi, təqdim olunan bu soyuducunun daxili əməliyyat sistemi mövcuddur. Windows 10 ƏS-li bu soyuducunun daxili kamerası da var. Hətta sınaq zamanı biz technote.az-da olan xəbərləri soyuducudan oxumağa çalışdıq. Nə qədər qəribə səslənsə də, bu aşağıdakı kimi mümkün oldu.    Yeni nəsil "InstaView Door in Door" soyuducularda bizə LG-nin G seriyalı smartfonlardan yaxşı tanış olan bir xüsusiyyət daha var. Bu soyducuların önündə yerləşdirilən şüşə panel, sensora sahibdir. Sözü gedən texnologiya isə "Knock on"dur. LG mühəndislərinin açıqlamasına görə gün ərzində insanlar dəfələrlə soyuducunun qapısını, içərisində nə olduğunu yoxlamaq üçün açırlar. Bu da öz növbəsində içəridə olan soyuq hava kütləsinin çölə çıxmasına səbəb olur. Əlavə olaraq, soyuducu hər açılıb-bağlandıqdan sonra içərisində olan hava kütləsini bərpa edir. Bu da əlavə enerji sərfiyyatına gətirib çıxarır. Bu problemdən yola çıxan mühəndislər bu dəfə "knock on" texnologiyasını soyuducuya tətbiq ediblər. Beləliklə, siz soyuducunu açmadan onun üzərindəki şüşə paneli 2 dəfə döyməklə, içərisini görə bilərsiniz.    LG-nin mobil tətbiqi "Smart ThinQ" vasitəsilə isə soyuducunu smartfonunuzdan idarə edə bilərsiniz. Bu tətbiq vasitəsilə soyuducunun temperaturunu nizamlamaq və baş verə biləcək hər hansısa problemə öncədən diaqnoz qoymaq olur. Yeni soyuducuların kompressorları isə nə az, nə çox düz 10 il zəmanətə sahibdir. Əlavə olaraq qeyd edək ki, bir öncəki modellərdən fərqli olaraq yeni model daha az enerji sərfiyyatına sahibdir və demək olar ki, səssiz çalışır.

Bənzər xəbər


    Şirkət bu il ilk dəfə olaraq Seulda olan əsas göstəriş otaqlarından birini də media üzünə açdı. "Seocho R&D Center" İnnovasiya laboratoriyasında şirkətin bir çox innovativ məhsulları sərgilənib. Tam ağıllandırılmış nümunə evdə "LG ThinQ"nün köməyi ilə cihazlar arasında bağlantı qurulur. MWC 2018-dən tanış olduğumuz mənzərə burada da bizi qarşıladı. Google-un səsli köməkçisi ilə idarə olunan evdə demək olar ki, bütün əmrlər və ssenarilər "Google Assistant" üzərindən tətbiq olunur.    Media səfərinin birinci günündə önə çıxan əsas detal məhz LG-nin süni zəka layihəsi "ThinQ" oldu. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Redmi Note 8 Pro'nun qiyməti təqdimatdan öncə məlum oldu

Redmi Note 8 Pro smartfon modelinin təqdimatına çox az zaman qalmış onun barəsində demək olar ki, hə..


Redmi brendi artıq K20 smartfon modelinin davamçısı üzərində çalışır

May ayında Xiaomi şirkətinin Redmi brendi Redmi K20 smartfon seriyasını təqdim etmişdi.


Azercell 'Rəqəmsal Dünya Bölgələrdə' layihəsi çərçivəsində uşaqları və məcburi k..

Azercell Telekom “Rəqəmsal Dünya Bölgələrdə” şüarı altında iyul ayından başlayaraq ölkənin şəhər bə ..


Mercedes-Benz şirkəti öz alıcılarını izlədiyini etiraf edib

Smartfon istifadəçiləri artıq təəccüblənmirlər ki, həmin smartfonlr onların yerləşdikləri yerləri iz..


Onlayn sağlamlıq proqramları və məşqlər üçün yeni yerli tətbiq təqdim olundu - F..

Tətbiqin ən əsas üstünlüyü ondan ibarətdir ki, bu proqramlar sizə təsadüfi və kor təbii şəkildə təqd..


ABŞ'ın Huawei şirkətinə təqdim etmiş olduğu lisenziya daha 3 aylıq uzadılacaq..

ABŞ-ın ticarət nazirliyi Huawei şirkətinə qarşı təyin edilmiş sanksiyaların daha 3 ay təxirə salınma..

×