Tədqiqatçılar internetdə qeydiyyatdan keçmiş domenlərin say statistikasını təqdim ediblər

Tədqiqatçılar internetdə qeydiyyatdan keçmiş domenlərin say statistikasını təqdim ediblər

Texnologiya
01.12.2020 PAYLAŞIM

    İldən-ilə saytların sayı daha da artır. Domen adlarının aparıcı provayderlərindən biri olan VeriSign şirkəti internetdə qeydiyyatdan keçmiş domen adlarının aktual sayı üzrə hesabatı təqdim edib. Bu barədə 4pda saytı xəbər verib. Beləliklə təqdim edilmiş hesabata üzrə bu ilin üçüncü rübünün sonuna olan statistikaya əsasən internetdə yuxarı səviyyəli domenlərdə 370.7 milyon domen adı qeydiyyatdan keçib. Bu ilin ikinci rübü ilə müqayisədə üçüncü rübdə qeydiyyatdan keçmiş domen adlarının sayında 0.6 milyon artım olub.

    Qeyd etmək lazımdır ki, hesabatda yalnız .com .net kimi yuxarı səviyyəli domenlərin statistikası qeyd olunub. Bununla yanaşı .com domeni qeydiyyatdan keçmiş domen adlarının sayı üzrə liderliyini qoruyur. Belə ki, .com domeni ilə 150.3 milyon domen adı qeydiyyatdan keçib. Məşhurluq üzrə ikinci yeri .tk (27.5 milyon domen adı), üçüncü yeri .cn (24.7 milyon domen adı), dördüncü yeri .de (16.6 milyon domen adı) domenləri tutublar. Bundan əlavə olaraq .net (13.4 milyon domen adı), .uk (10.8 milyon domen adı), .org (10.2 milyon domen adı), .ml (6 milyon domen adı) və .ru (5.7 milyon domen adı) kimi domenlərə də yüksək tələbat müşahidə olunur.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


OnePlus şirkətinin həmtəsisçisi Nothing adlı yeni brendini təqdim edib

Bir neçə ay bundan öncə OnePlus-ın həmtəsisçisi Carl Pei şirkətdən ayrılmışdı. Həmin vaxtda o, yeni ..


Smartfonlara inteqrasiya edilə biləcək şəffaf günəş paneli yaradılıb

İnçxon Milli Universitetinin alimləri dünyada ilk dəfə şəffaf günəş panelini yaradıblar.


Avtomobillər üçün yeni prosessorların yaradılması məqsədilə Samsung Tesla ilə əm..

Cənubi Koreyanın kütləvi informasiya vasitələrinin verdikləri məlumata əsasən gələcəkdəki tam avtono..


Mütəxəssislər məşhur rəsm əsərini 10 GP (giqapiksel) keyfiyyətində rəqəmsallaşdı..

“Mirvari sırğalı qız” tablosu ən məşhur sənət əsərlərindən biridir. Bu tablo sənətşünasların və adi ..


Xiaomi Mi Band 6 smart qolbağının sahib olacağı özəlliklər barədə məlumatlar ver..

Xiaomi şirkəti özünün Mi Band smart qolbaq seriyasını yeniləmək üzrədir. Belə ki, internetdə Mi Band..


Mütəxəssislər zibilliyə atılan smartfonların ümumi dəyərini hesablayıblar..

Statistikaya əsasən hər il 150 milyona yaxın mobil telefon tullantıya çevrilir. Bu isə milyardlarla ..

×