main-post-cover

    Təhlükəli Virus: 'Slingshot' aşkar edildi

    15.03.2018
    Nijat Hamid
    Məhşur antivirus və təhlükəsizlik şirkətlərindən biri olan "Kaspersky" 2012-ci ildə yaradılmış və 6 il gizlənərək hazırki vaxta gəlib çıxmış yeni Slingshot virusunu aşkar etdi.
        Çətin bir kodlaşdırmaya malik olan virus tam sayı bilinməyərək təxmin edilir ki, AfrikaAvropanın bəzi yerlərindəki ümumi 100 kompüterə yoluxmuş haldadır.
    Slingshot virusu kompüterinizdəki hər məlumatı toplayır. Hətta birbaşa kompüteri ələ keçirmək bacarığına da malikdir.    
        "Kaspersky" tətqiqatçılarının dediklərinə görə, Slingshot virusu ilk əvvəl modem ( və ya Wi-Fi )-ınızı ələ keçirir. Sonra bır sıra ehtiyacı olan tətbiqləri endirərək bütün məlumatlarınızı, hətta kompüterə qoşulan USB-lər, mouse-lar, telefonlar və s. kimi elektron cihazların belə məlumatlarını toplayır. Tətqiqatçıların dediyinə görə, virus birbaşa kompüterinizi belə ələ keçirə bilər.
        Araşdırmalara görə, virusun özünəməxsus şifrələmə sistemi var və şifrələdiyi məlumatların hard diskdən silinməməsi üçün əməliyyat sisteminin hard disk funksiyalarını deaktiv edə bilir. Virusdan qorunmaq üçün ilk növbədə modem( və ya Wi-Fi )-ınızın sistemini yeniləməlisiniz. Əks halda virus tərəfindən yoluxan modem( və ya Wi-Fi )-ınız format atsanız belə əvvəlki vəziyyətinə qayıtmır.
        Bəzi bilinən məlumatlara əsasən, bu virusun daxili kodlaşdırılması ingiliscə olduğu və bir sıra dövlətlər tərəfindən dəstəklənən yüksək məbləğlər hesabına yaradılan bir virus olduğu düşünülür.
    Sizcə siz və kompüteriniz virusa yoluxan 100 nəfər arasında ola bilərmi?
    Linki kopyala