main-post-cover

    Təhlükəsizlik xəbərdarlığı! - TƏCİLİ

    19.07.2019
    Farid Pardashunas
        5 İyul 2019-cu il və 19 İyul 2019-cu il tarixlərində Technote MMC Media şirkətinə məxsus technote.az informasiya portalında fişinq insidenti qeydə alınıb. Naməlum şəxslər tərəfindən sayta edilən müdaxilə nəticəsində hələ 28 Yanvar 2019-cu il tarixindən sayta yerləşdirilən naməlum fayl uzantısı vasitəsilə www.technote.az/xeber/instagram https://www.technote.az/xeber/1/facebook linklərində naməlum və tərəfimizdən təsdiq edilməyən saxta xəbərlər yaradılıb.
        Yaradılmış linklər vasitəsilə FacebookInstagram ana səhifələrinin giriş panelinin simulyasiyası yaradılaraq, istifadəçilərin hesablarının oğurlanmasına cəhd edilib.  5 İyul 2019-cu il tarixində xose_bernardo (saxta yaxud oğurlanmış hesab) Instagram hesabından məşhur sənət adamlarının hesablarına məktublar göndərilib. Göndərilən məktublarda həmin məşhurların technote.az internet səhifəsində icazəsiz şəkillərinin yayımlanması mətni əks olunub. Daha sonra həmin şəxslərə fişinq olunmuş technote.az linkləri göndərilərək, Instagram və Facebook hesablarının oğurlanmasına cəhd olunub.
        19 İyul 2019-cu il tarixdə baş verən digər bir insidetndə bir sıra dövlət qurumlarında müxtəlif vəzifələrdə çalışan adamların hesablarının ələ keçirilməsi ilə bağlı cəhdlər olunub. Facebook-da yaradılan saxta profillər vasitəsilə həmin şəxslərə öz şəxsi və ailəsinin şəkillərinin media resursumuzda yayımlanması ilə bağlı bildirişlər göndərilərək, onlara göndərilən link vasitəsilə öz sosial şəbəkə hesablarına daxil olunması tələb olunub. 
        Baş verən insidentə bağlı bütün məlumatlar, log fayllar və naməlum şəxsə məxsus IP ünvanları tərəfimizdən aşkarlanaraq, Elektron Təhlükəsizlik üzrə qurumlara, habelə Daxili İşlər Nazirliyinin müvafiq qurumlarına məlumat göndərilib. İnsident zamanı fişinq halını aşkar edən və hücüma məruz qalan şəxslər yaradılan linkin saxta olduğunu anlayaraq, öz sosial media hesablarını daxil etmədikləri üçün zərər görməyiblər. 
        Baş vermiş hadisə ilə bağlı media resursumuzda olan boşluq tərəfimizdən aşkar edilərək aradan qaldırılıb. Hal-hazırda müvafiq dövlət orqanlarının müdaxiləsi ilə digər baş verə biləcək hallar yoxlanılır. 
        Baş verən hadisədən zərər çəkən digər şəxslər varsa, hadisənin detalları ilə bağlı məlumatları info@technote.az ünvanına göndərə bilərlər.
        Əlavə olaraq istər bizim media resurlarımızda istərsə də digər media resurlarında Facebook, Instagram və digər sosial şəbəkələrə məxsus giriş səhifələrini gördüyünüz anda həmin linklərə öz istifadəçi adıparolunuzu yazmamağı şiddətlə məsləhət görürük. Adı çəkilən sosial şəbəkələrin tətbiqləri və rəsmi saytları olmadığı halda, istifadəçi məlumatlarızı heç bir halda başqa saytlarda olan daxili səhifələr ilə bölüşməyin. Bu baş verdiyi halda isə dərhal müvafiq dövlət qurumları (CERT) və sayt rəhbərliyi ilə əlaqəyə keçin.
        Baş verən insidentlə detallar tərəfimizdən qeydə alınıb və Rasim Balayevə (saxta istifadəçi adı) məxsus saxta məlumarlar, IP ünvanları, istifadə olunan əməliyyat sistemi götürülüb və  naməlum şəxin tapılması yolunda işlər davam etdirilir. Yaranmış boşluq və mövcud vəziyyətlə bağlı şirkətimizin adından izləyicilərimizdən üzr istəyirik.

    Linki kopyala