Telefonuzu Gecə Boyu Şarja Qoşulu Olmasının Ziyanı Varmı ?

Telefonuzu Gecə Boyu Şarja Qoşulu Olmasının Ziyanı Varmı ?

Texnologiya
06.10.2019 PAYLAŞIM

Telefonuzu Gecə Boyu Şarja Qoşulu Olmasının Ziyanı Varmı ?

    Bütün insanlığı maraqlandıran suallardan biri "Telefonumun gecə boyu şarja qoşulu olmasının telefonuma zərəri varmı?" sualıdır. Gecə boyu şarjda qalması telefonunuz batareya ömrünü azaldır mı ? Batareya ömrünü uzatmaq üçün nələrə diqqət yetirməliyik ? - bu məqaləni oxuyaraq yuxarıdakı suallarınıza cavab tapa biləcəksiniz. 


    İlk öncə batareyalar necə işləyir o haqda danışaq. Smartfonlar litium-ion batareyalarından istifadə edirlər. Bu batareyaların elementlərində 2 elektrod var. Bir elektrod Qrafit, digər elektrod isə Litium Kobaltdır. Bu elektrodlar arasında maye elektrolit də var ki, bu da Litium ionlarının elektrodlar arasında hərəkət etməsinə kömək edir. Siz isə telefonunuzu şarja taxdıqda onlar müsbət yüklüdən (Litium Kobalt) mənfi yüklü ionlara doğru çevrilirlər. Siz telefonu istifadə etdikdə də bu halın əksi baş verir. 
    Batareyalar adətən dövrlərlə ölçülür. Məsələn, Iphone batareyaları 500 tam dövrdən sonra öz orijinal potensialının 80%-ni özündə saxlayır. Telefonunuzun şarjının 100%-i 1 dövrə bərabər tutulur. Lakin bu o demək deyil ki, bir dövrün tamamlanması üçün siz 100%-dən 0%-ə enməlisiniz. Bu gün batareyanızın 60%-i edib, sonra yenidən şarj edib 40% istifadə etdikdə 1 dövr tamamlanmış olur.
    Batareyalarda zamanla deqradasiya baş verir. "Batareyaların ömrü onların içindəki müqavimətdən asılıdır. Bir çox faktor onların ömrünə təsir edir. Məsələn temperatur. Əgər siz temperaturu artırsanız reaksiya sürətini də artırmış olarsınız və bu sizin telefonunuzun batareyasının deqradasiyaya uğramasına səbəb olar." - deyə bildirib Yang Shao-Horn (Massachusetts Texnologiya İnstitutunun Enerji Professoru).
    Artıq yeni smarftonlar batareyanızın tam şarj olduğunu fərqinə vara bilir. Batareya tam dolduqda ekrana bildiriş gəlir və elektrik qəbulunu dayandırır.

    Batareyanın tam dolması və ya tam boşalması ideası biraz qarışıqdır. Çünki batareyaların nə zaman tam dolduğunu və ya tam boşaldığını göstərmək istehsalçıların seçimidir. Yəni sizin telefonununuz ekranında tam dolduğu göstərilsə də bataraye tam dolmamış ola bilir. Telefonunuz batareyanın gecə boyu şarjda qalması isə batareyaya (və ya telefona) zərər vurmur. İstehsalçının qoyduğu limitə çatdıqda ekrana bildiriş göndərir vş enerji qəbulunu dayandırır. Gecə boyu bir müddət sonra az da olsa azalan batareya yenidən doldulur və limitə çatdıqda yenə dayanır. Samsung, Apple kimi böyük istehsalçılar batareya ömrünü uzatmaq üçün müxtəlif növ metodlar təklif etsə də gecə boyu şarjda qalması haqqında bir şey demir.


Nələr batareya ömrünü uzadır ?

    İlk olaraq telefonunuzu mümkün qədər soyuq tutmağa çalışın. Apple'ın təkliflərindən biri də telefon batareyaya şarjda olduğu zaman istifadə etdiyiniz case-dən telefonun çıxarılmasıdır. Bu məsələ eyni zamanda digər suallardan birinə də cavab verir ki, telefonu batareyaya şarjda olduqda istifadə etmək telefonun istiliyini artırdığı üçün batareya ömrünü azaldır. İkinci olaraq isə Samsung şirkətinin gördüyü məsləhət telefonuzun batareyasının 20% enerjidən aşağı düşməməsinə nəzarət etmənizdir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Apple bütün əsas məhsullarına Face ID texnologiyasını əlavə edəcək

Bloomberg saytının jurnalisti Mark Gurman-ın sözlərinə əsasən Apple şirkəti öz əsas məhsullarının ha..


Tədqiqatçılar elektromobillərin həqiqətən də ekoloji təmiz olub-olmadıqlarını yo..

Tədqiqatçılar benzinlə çalışan avtomobillər ilə müqayisədə elektrikli avtomobillərin həqiqətən də ek..


Dünyada ilk dəfə süni ürək transplantasiyası reallaşdırılıb (VİDEO)

Amerikalı mütəxəssislər dünyada ilk dəfə süni ürək transplantasiyasını reallaşdırıblar. Aeson adlı k..


“One Solution” MMC mobil rabitə qüllələrinin quraşdırılması və istismarı sahəsin..

2014-cü ildən bəri fəaliyyət göstərən “One Solution” MMC mobil rabitə qüllələrinin quraşdırılması və..


Analitiklər: 'Elon Musk Tesla brendi altında elektrikli uçuş aparatı istehsal et..

Görünür, Elon Musk yaxın gələcəkdə Tesla brendi altında təkcə elektromobil istehsal etmək niyyətində..


Jeff Bezos New Shepard kosmik gəmisi vasitəsilə ilk kosmik uçuşunu reallaşdırıb ..

Jeff Bezos özünün Blue Origin şirkətinin New Shepard adlı kosmik gəmisi vasitəsilə kosmik uçuşu real..

×