
Telegram əlavə 850 milyon dollar investisiya aldı
Elm & Texnologiya
30.03.2018
Emil
Pavel Durov və Nikolay Durov tərəfindən
idarə olunan TON Issuer ilə Telegram Group şirkətləri 94 investordan daha 850
milyon dollar investisiya əldə ediblər. Ümumilikdə Durov qardaşları 1.7
milyard dollar investisiya cəlb ediblər. Bu barədə 29 Mart tarixində ABŞ-ın dəyərli
kağız və birjalar üzrə komissiyasına təqdim olunmuş sənədlərdən məlum olub. Sənədlərdə
investorların adları qeyd olunmayıb. İnvestisiya raundunda iştirak üçün isə
minimal məbləğ 1 milyon dollar təşkil edib.
Əldə olunmuş vəsaitlər Telegram messencerinin
və TON adlı blockchain platformasının inkişafına yönələcək. Qeyd etmək lazımdır
ki, bu ilin Fevral ayında Telegram 81 investordan ümumi olaraq 850 milyon
dollar investisiya almışdı. Güman olunur ki, messencer özünün Telegram Open Network adlı blockchain
əsaslı ödəmə sistemini hazırlayır. Onun Visa və MasterCard ilə rəqabət aparacağı
gözlənilir. Pavel Durov-un özü isə hələki bu cür layihənin üzərində çalışması və ya ICO mərhələsi barəsində heç bir rəsmi məlumat verməyib. Şayiələrə əsasən Mart
ayında ictimai ICO mərhələsi baş tutmalı idi. Lakin onun barəsində də heç bir məlumat
verilməyib.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
