Reklam
Telegram-ı  WhatsApp-dan daha yaxşı edən 5 xüsusiyyət

Telegram-ı WhatsApp-dan daha yaxşı edən 5 xüsusiyyət

Texnologiya
01.08.2021 PAYLAŞIM

    WhatsApp və Telegram. Bir-birinə rəqib olan 2 məşhur messencer. WhatsApp hər nə qədər ən çox istifadə edilən messencer tətbiqi olsa da Telegram-dan bir çox cəhətdən geri qalır. Bəs Telegram-ı WhatsApp-dan daha yaxşı edən xüsusiyyətlər nələrdir? Gəlin tanış olaq. 

    Telegram bir çox funksiyası ilə WhatsApp-dan fərqlənir. Bir-birinə rəqib olan bu 2 platforma həmişə istifadəçilər tərəfindən müqayisə edilir. İstifadəçilərə bir çox imkan yaradan Telegram-ın WhatsApp-dan ən üstün tərəfləri isə bunlardır:


  1. Keyfiyyət itmədən şəkil və video göndərmək.

WhatsApp istifadəçilərinin ən böyük şikayəti budur ki, kiməsə şəkil və ya video göndərəndə keyfiyyət itir. Buna səbəb WhatsApp-ın şəkil və videolara tətbiq etdiyi sıxışdırma alqoritmasıdır. WhatsApp-dan fərqli olaraq Telegram göndərilən medya fayllarının keyfiyyətini itirmir. Şəkil telefonunuzdə necə görünürsə qarşı tərəfə də elə göndərilir.

  1. Geniş Stiker bazası.

Artıq deyə bilərik ki, emojilərin dövrü bitib. İnsanlar emoji əvəzinə stiker göndərməyi daha çox sevir. WhatsApp bu cəhətdən də Telegram-dan geri qalır. WhatsApp-ın istifadəçilərə təqdim etdiyi stiker bazası çox azdır və bu stikerlər adətən animasiyasız stikerlərdir. Lakin Telegram istifadəçiyə daha geniş stiker bazası təqdim edir. Həmçinin bu stikerlərin bir çoxu animasiyalı stikerlərdir.

  1. Telegram səhifələri və abunə olmaq funksiyası.

Telegram-ın ən önə çıxan funksiyalarından biri də paylaşımlar etmək üçün fərdi kanal və ya səhifə açmağın mümkün olmasıdır. Bir çox istifadəçi Telegram vasitəsilə xəbər kanallarına abunə olur və gündəm haqqında məlumatlar əldə edir. Bir növ Facebook kimidir deyə bilərik. Lakin WhatsApp-da buna bənzər bir funksiya yoxdur.

  1. Müxtəlif funksiyaları olan Botlar.

Telegram dedikdə ağla ilk gələn şeylərdən biri də Bot-lardır. Telegramda 100-lərlə maraqlı Bot var. Məsələn elə Bot-lar var ki, siz onlara Youtube videosunun linkini göndərirsiniz və Bot həmin videonu sizə mp3 formatında geri qaytarır. Həmçinin korporativ şirkətlər üçün də bir çox maraqlı botlar mövcuddur. WhatsApp isə təəssüf ki, bu xüsusiyyətdən məhrumdur.

  1. Daha çox özəlləşdirmə və tema imkanı.

    WhatsApp-da istifadəçinin dəyişdirə bildiyi ayarlar çox məhduddur. Lakin Telegram-da belə deyil. Tətbiqin ayarlarına girərək bir çox funksiyası aktivləşdirə bilərsiniz. Məsələn Telegram-dan telefona yüklənən media fayllarının 3 gün, 1 həftə və ya 1 ay sonra avtomatik silinməsini təmin etmək mümkündür. Həmçinin müxtəlif temaları aktivləşdirmək, çat ekranını modifikasiya etmək kimi funksiyalar da platformaya əlavə gözəllik qatır.

    Bəs siz Telegram-ı yoxsa WhatsApp-ı daha çox istifadə edirsiniz? Rəylərdə fikirlərinizi bizimlə bölüşün. Daha çox faydalı və texnoloji məlumat üçün isə bizim Youtube kanalımza abunə olun və bildirişləri açın ki, texnoloji məlumat olanda ilk xəbərdar siz olasınız. Bizi Instagramdan izləyirsinizsə, videoları save edib, story bölmənizdə dostlarınızla paylaşmağı da unutmayın.

 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Amazon Alexa hətta vəfat etmiş insanların səsləri vasitəsilə danışa biləcək..

Amazon şirkəti dünən Las Veqasda keçirilmiş Re:Mars adlı konfrans çərçivəsində etik nöqteyi nəzərdən..


Samsung bazardakı ən kiçik piksellərə sahib yeni 200 MP-lik kamera sensorunu təq..

Samsung şirkəti mobil kameralar üçün nəzərdə tutulmuş yeni 200 MP-lik kamera sensorunu təqdim edib...


iPhone 13 Pro Max - kamera testləri - detallı icmal (VIDEO)

Yadınızdadırsa, Apple-ın yeni iPhone 13 seriyası təqdim olunanda hələ Azərbaycana gəlməmiş hər 4 cih..


MediaTek flaqman smartfonlar üçün yeni Dimensity 9000+ prosessorunu təqdim edib..

MediaTek şirkəti flaqman smartfonlar üçün nəzərdə tutulmuş yeni Dimensity 9000+ prosessorunu təqdim ..


Apple yaxın gələcəkdə artırılmış reallıq cihazını təqdim edə bilər..

Apple şirkətinin yaxın gələcəkdə qarışıq reallıq (AR + VR) cihazını satışa çıxardacağı barəsində məl..


Həvəskar blogger PS5-in 20 mm-lik qalınlığa sahib qeyri-rəsmi Slim versiyasını y..

İstifadəçilərin bir hissəsinin PS5-i aldığı, digər hissəsinin isə PS5 Slim ilə PS5 Pro-nu gözlədiyi ..

×