Telegram-ın yaradıcısı Pavel Durov 850 milyon dollar investisiya cəlb etdi

Telegram-ın yaradıcısı Pavel Durov 850 milyon dollar investisiya cəlb etdi

Texnologiya
17.02.2018 PAYLAŞIM

Telegram-ın yaradıcısı Pavel Durov 81 investordan 850 milyon dolların cəlb olunduğunu bildirib.

    O bunu öz qardaşı Nikolay Durov ilə ABŞ-ın dəyərli kağızlar və birjalar üzrə komissiyasına verdiyi hesatbatda bildirib. 13 Fevral 2018-ci il tarixində təqdim olunmuş sənəddə Pavel Durov ilə Nikolay Durov-un rəhbərləri olduqları “Telegram Group” və “TON Issuer” şirkətləri qeyd olunub. Buna baxmayaraq hər iki şirkətin direktoru qismində Pavel Durov çıxış edir. Qardaşlar bildiriblər ki, sözügedən vəsait kriptovalyuta alışı razılaşması üzrə dəyərli kağızların yerləşdirilməsi çərçivəsində əldə olunub.

    İnvestorlardan olan ilk vəsait köçürülməsi isə 29 Yanvar tarixində baş tutmuşdu. Cəlb olunmuş vəsaitlərin TON adlı blockchain platformasının və Telegram-ın inkişafına yönələcəyi planlaşdırılır. TON üçün investisiya cəlb olunması prosesi ilə yaxından tanış olan mənbələrdən birinin verdiyi məlumata əsasən Telegram faktiki olaraq ICO keçirtməyib. Bunun yerinə Telegram dəyərli kağızların qapalı yerləşdirilməsini keçirdib. Yəni investorlar hələki dəyərli kağızlar alaraq gələcək layihədə iştirak etmək imkanına sahib olublar. Həmin dəyərli kağızlar isə gələcəkdə ICO-da iştirak etmək hüququnu verirlər.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Elon Musk Super Heavy raketinin Raptor mühərriklərini sərgiləyib

Elon Musk SpaceX şirkətinin çoxistifadəli Super Heavy ağır raketinin Raptor mühərriklərini sərgiləyi..


Instagram-da yeni funksiya - Fake profillərlə təqib bloklanacaq (VİDEO)

Instagram-a gələcək Limits adlı funksiya ilə fake profil yaradaraq başqalarını söymək və təqib etmək..


Elon Musk Apple şirkətini sərt şəkildə tənqid edib

Rüb hesabatlarının təqdim olunması zamanı Tesla-nın CEO-su Elon Musk digər böyük texnoloji şirkəti ə..


Neuralink-in beyin implantı fikir gücü vasitəsilə smartfonlardan istifadə etmək ..

Elon Musk-ın Neuralink şirkəti öz beyin implantının artıq bir neçə uğurlu testini reallaşdırıb. Laki..


Hansı batareya daha yaxşıdır? Li-ion vs Li-Po

Lithium-ion yoxsa lithium polymer batareya? Hansı daha yaxşıdır? Fərqləri və haqqında bütün məlumatl..


Telegram-ı WhatsApp-dan daha yaxşı edən 5 xüsusiyyət

WhatsApp və Telegram. Bir-birinə rəqib olan 2 məşhur messencer. WhatsApp hər nə qədər ən çox istifad..

×