Logo
    main-post-cover

    Telegram-ın yaradıcısı Pavel Durov öz kriptovalyutasını yaradır (VİDEO)

    Elm & Texnologiya
    22.12.2017
    Emil
    İnternetdə Telegram messenceri əsasında çalışacağı güman olunan yeni blockchain platformasının anonsu ilə bağlı video yayılıb.
    Bu messencerdən istifadə edən hər bir şəxs kriptovalyuta portmanatına sahib olacaq. Təqdim olunmuş videoda TON (Telegram Open Network) adlı layihənin anonsu əks olunub. Həmin layihə Telegram istifadəçilərinin öz aralarında sürətli pul köçürmələrini (kriptovalyuta şəklində) etməyə imkan verəcək. Videoda deyilir ki, TON sürətli olacaq və smart müqavilələrin yaradılmasına imkan yaradacaq. Bütün tranzaksiyalar isə sürətli şəkildə və tamamilə anonim reallaşdırılacaq.

    Yeni kriptovalyuta messencerin özünə yerləşdiriləcək. Bu məlumatların rəsmi mənbələrdən olmadığını nəzərə alaraq, xəbərə bir qədər skeptik yanaşmaq lazımdır. Lakin çox güman ki, gələn ilin əvvəlində biz bu xəbərin düz və ya səhv olduğunu biləcəyik. Belə ki, bir neçə müddət bundan öncə Telegram-ın yaradıcısı Pavel Durov Bloomberg saytına müsahibə verən zaman bildirmişdi ki, 2018-ci ildə o nəsə böyük bir şeyi təqdim etməyə hazırlaşır və həmin ildə Telegram-ın gəlirli olacağını planlaşdırır. Qeyd etmək lazımdır ki, hal hazırda Telegram tamamilə Durov-un vəsaitləri sayəsində fəaliyyət göstərir.
    Paylaş
    Bənzər xəbərlər