Telegram'ın yaradıcısı Pavel Durov Whatsapp'ı sərt şəkildə tənqid edib

Telegram'ın yaradıcısı Pavel Durov Whatsapp'ı sərt şəkildə tənqid edib

Texnologiya
16.05.2019 PAYLAŞIM

    Vkontakte sosial şəbəkəsinin və Telegram messencerinin yaradıcısı Pavel Durov Facebook şirkətinə məxsus olan Whatsapp messencerinin nəyə görə heç zaman təhlükəsiz olmayacağını başa saldı və həmin messenceri diktatorların ən sevimli messenceri adlandırdı. Bu barədə Rusbase saytı xəbər verib. Durov Whatsapp barəsində bu bəyanatları 14 may tarixində hackerlərin Whatsapp-ın sistem boşluğundan istifadə edərək istifadəçilərin smartfonlarına casus tətbiqlərini yaza bilmələri xəbərinin ortaya çıxmasından sonra verib. “Bütün dünya Whatsapp messencerinin istənilən smartfonu casus cihaza çevirməsi xəbərinə çok oldu. Məni isə bu heç də təəccübləndirmədi” - deyə Pavel Durov bildirib.

    Durov-un fikrincə Whatsapp-ın 10 illik tarixi ərzində elə bir gün olmayıb ki, bu messencer təhlükəsiz olsun. Durov-un sözlərinə əsasən Telegram-dan fərqli olaraq Whatsapp-ın mənbə kodu bağlıdır və buna görə də kibertəhlükəsizlik üzrə kənar mütəxəssislər kodda backdoorların olub-olmadıqlarını yoxlaya bilmirlər. Backdoorlar alqoritm defektləridir. Tərtibatçılar onları üçüncü şəxslərin sistemə icazəsiz girişlərinə imkan yaratmaq üçün bilərəkdən kodlara yerləşdirirlər. “Bəlkə də FBI Facebook-u və Whatsapp-ı məcbur edir ki, onlar kodlara backdoorlar yerləşdirsinlər” - deyə Durov qeyd edib.

Bənzər xəbər


    Durov onu da qeyd edib ki, o, FBI-nın motivasiyasını başa düşür: Təhlükəsizlik xidmətləri messencerlərə qarışma cəhdlərini terrorizmlə mübarizə ilə əlaqələndirirlər. Lakin backdoorlar həmçinin cinayətkarlara və avtoritar hökumətlərə sərf edir. “Heç təəccüblü deyil ki, diktatorlar Whatsapp messencerini bu qədər sevirlər. Onun sistem boşluğu onlara insanlar üzərində casusluq aparmağa imkan verir. Məhz buna görə də Rusiya Federasiyası və İran kimi ölkələrdə onu pulsuz şəkildə yükləmək olar. Telegram isə bu cür ölkələrdə qadağan edilib” - deyə Durov əlavə edib.

    O həmçinin qeyd edib ki, 3 il bundan öncə Whatsapp öz sisteminə end-to-end şifrələmə üsulunu əlavə edən zaman o, aqressiv şəkildə istifadəçiləri öz çatlarının ehtiyat kopyalarını bulud yaddaşlarda saxlamağa çağırırdı. Lakin bu da istifadəçi məlumatlarını əlçatan edir. Ehtiyat kopyalarını etməmiş istifadəçilər istənilən halda təhlükəsizlikdə deyillər. Çünki Facebook şirkəti Whatsapp istifadəçilərinin məlumatlarını böyük həcmdə dövlət agentliklərinə ötürür. Durov onu da qeyd edib ki, 1 il bundan öncə Whatsapp yaradıcıları Facebook şirkətindən ayrılan zaman bildirmişdilər ki, "onlar öz istifadəçilərinin konfidensiallıqlarını satıblar".

    “Bir neçə il bundan öncə mən öz ölkəmi tərk etməli oldum. Çünki mən Vkontakte istifadəçilərinin konfidensiallıqlarının dövlət tərəfindən pozulması sanksiyalarına əməl etmədim. Bu heç də xoş deyildi. Lakin mən yenidən qərar verməli olsaydım həmin cür seçim edərdim” - deyə Durov bildirib. Durov təkcə Whatsapp-ı deyil həm də Facebook ilə Instagram-ı da istifadə üçün təhlükəli hesab edir. O, Facebook-un illərlə milyonlarla istifadəçi şifrələrinin şifrələnməmiş vəziyyətdə saxlanması qalmaqalanı xatırladaraq böyük texnoloji şirkətin bu cür səhvi necə etdiyini başa düşmədiyini qeyd edib.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Samsung: '6G gözlənildiyindən daha tez istifadəyə veriləcək' - Nə Zaman?

6G şəbəkəsinin yalnız 10 ildən sonra istifadəyə veriləcəyi gözlənilir. Samsung bu cür fikir ilə razı..


Kontakt Home Bosch brendinin Azərbaycandakı rəsmi distribütoru oldu

Elektronika və mebel satışı üzrə ölkənin ən aparıcı satış şəbəkələrindən olan Kontakt Home dünyaca m..


Huawei şirkətinin HarmonyOS əməliyyat sistemi ilə çalışan ilk elektromobil təqdi..

Xüsusi təqdimat tədbiri çərçivəsində Huawei şirkəti Çinin BYD adlı avtomobil istehsalçısı ilə birlik..


Vivo şirkəti FlashCharge adlı 120 vatt gücündə sürətli şarj texnologiyasını təqd..

Vivo şirkəti iQOO brendi altında yeni sürətli şarj texnologiyasını təqdim edib. Yeni texnologiya Fla..


Apple şirkəti AR eynəklərin hazırlanmasında yeni mərhələyə keçid edib

Apple və Foxconn şirkətləri birgə artırılmış reallıq cihazının yaradılması məsələsində əsas məqama ç..


Apple yeni MacBook klaviaturalarında RGB işıqlar istifadə edə bilər

Sızdırılan yeni patentə görə Apple yeni MacBook klaviaturalarında RGB işıqlar istifadə edə bilər...

×