main-post-cover

    Təmiz Android üzərində çalışan büdcəli Xiaomi Mi A1 təqdim olundu

    05.09.2017
    Farid Pardashunas

    “Xiaomi”, “Google” ilə birlikdə Android One seriyasının yeni büdcəli modeli olan Xiaomi Mi A1-i təqdim etdi.

    Təqdim olunmuş Xiaomi Mi A1, bir sıra özəlliklərinə görə Xiaomi Mi 5X-ə bənzəyir. Yeni smartfon, metal korpusa və ikili arxa kameraya sahibdir. Texniki göstəricilərinə gəldikdə isə Xiaomi Mi A1, 5.5 Full HD ekran, Snapdragon 625 prosessoru, 4 GB RAM, 64 GB daxili yaddaş, 12+12 MP-lik arxa kamera, 5 MP-lik ön kamera və 3080 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Bununla belə yeni smartfon, performansına görə Xiaomi Mi 5X və Xiaomi Redmi Note 4-ə bənzəyir. Smartfon, Android 7.1.2 əməliyyat sistemi vasitəsilə çalışsa da, ilin sonuna kimi Android 8.0 Oreo-ya kimi yenilənə və Android P əməliyyat sisteminə sahib ilk cihazlardan biri ola bilər. Xiaomi Mi A1, 12 Sentyabr tarixindən 235$ qiymətinə Hindistanda satışa çıxacaq. Digər ölkələrdə satış tarixi hələki bilinmir.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər