main-post-cover

    Təmsilçilərimiz bugün Kiyevdə Qızıl Bayt müsabiqəsinin finalında layihələrini təqdim ediblər

    20.05.2018
    Farid Pardashunas
        Bugün Kiyev şəhərinin Şevçenko adına Universitetində “Qızıl Bayt” beynəlxalq yarışmasının finalı keçirildi. Artıq 10-cu dəfə keçirilən bu yarışda Azərbaycan ikinci dəfədir ki, iştirak edir. “Qızıl Bayt”ın bugünki finalına Şevçenko Universitetindəki açılış mərasimi ilə start verilib. Bu haqda dünənki xəbərdə “Qızıl Bayt” yarışının final mərhələsində iştirak edəcək şəxslərin siyahısını təqdim etmişdik. Həmin siyahıda regional finalda 1-ci yeri tutmuş iştirakçılar bugünki finalda öz layihələrini münsiflər heyyətinin qarşısına çıxardıblar.
        Qeyd etmək lazımdır ki, bu il Azərbaycan 6 nominasiyada təmsil olunur. Yarışın açılış mərasimindən də məlum oldu ki, münsiflər heyyətində Microsoft, Intel, Ubisoft Wargaming kimi şirkətlərin nümayəndələri var. Beləliklə yarışın final mərhələsində layihələri IT və startap sahəsində tanınmış mütəxəssislər dəyərləndirib.  Biz də Technote olaraq AzerTelecom, Bakcell Applab dəstəyi ilə STEP IT Academy tərəfindən təşkil olunmuş bu yarışın final günündə Azərbaycanı təmsil edən iştirakçıların yanında olduq.
        Əlavə olaraq, “Short Movie” (“Hər şey bizim Əlimizdədir” layihəsi – Əli Cavad), Mobile Development (“Wi-Fi File Manager” layihəsi – Turxan Bədəlov), StartUp Challenge (“Run2Help” layihəsi – Heydər Gərəyzadə / “Wand” layihəsi – Anar Əliyev) və Web Project (“Stock Up” layihəsi – Ruslan Bayramov) nominasiyaları üzrə olmuş təqdimatlar münsiflər heyyətinin böyük marağına səbəb olmuş və yüksək qiymətləndirilmişdir. Sabah, yəni 20 May tarixində qaliblərin adları açıqlanacaq və mükafatların verilməsi mərasimi keçiriləcək. yarış üçün nəzərdə tutulmuş uduş fondu olan 20.000$ dəyərində mükafatlar qaliblər arasında bölünəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər