main-post-cover

    Təqdim olunacaq yeni iPhone'ların saxta versiyaları artıq Çində satışa çıxıblar (VİDEO)

    Elm & Texnologiya
    29.06.2019
    Farid Pardashunas
        Yeni iPhone modellərinin təqdimatlarınə iki aydan bir qədər çox müddət var. Lakin internetdə artıq onların saxta versiyalarının satış təklifləri ortaya çıxıb. Bu barədə Slashleaks saytına istinadən 4pda saytı xəbər verib. Bu il təqdim olunacaq iPhone modelləri barəsində ortaya çıxmış çoxlu sayda məlumat sızıntısı sayəsində çinlilər yeni iPhone modellərinin tam kopyalarını yarada biliblər. Bu isə öz növbəsində artıq indidən gələcək iPhone modellərinin necə görünəcəklərini qiymətləndirməyə imkan verir.

        Çox güman ki, bu saxta iPhone modelləri OnLeaks ləqəbi ilə tanınan məşhur insayderin təqdim etmiş olduğu render fotoları əsasında yaradılıb. Belə ki, bir neçə müddət bundan öncə o, iPhone XI, iPhone XI MaxiPhone XR (2019) modellərinin keyfiyyətli render fotolarını təqdim etmişdi. Təqdim olunmuş fotolarda və videoda iPhone XI ilə iPhone XI Max modellərinin saxta versiyaları əks olunublar.

        Çinlilər həmin modellərin tam düzgün kopyalarını yaratmağı bacarıblar. Əgər smartfonların aşağı hissələrindəki qalın çərçivə olmasaydı onları hətta əsl iPhone modelləri kimi qəbul etmək olardı. Qeyd etmək lazımdır ki, yeni iPhone modellərinin təqdimatının sentyabr ayında baş tutacağı gözlənilir. Bir çox məlumat sızıntılarına əsasən yeni iPhone modellərinin əsas dizayn dəyişiklikləri məhz arxa kamera modullarını əhatə edəcək. Belə ki. smartfonların arxa kameraları xüsusi kvadrat sahənin daxilinə yerləşdirilməlidirlər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər