Logo
    main-post-cover

    Təqdimata hazırlaşan MediaTek Dimensity 8400 prosessorunun texniki imkanları açıqlanıb

    Elm & Texnologiya
    12.12.2024
    Emil
         Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, MediaTek şirkəti bu ayın sonuna kimi yeni subflaqman prosessorunu təqdim edəcək. Söhbət, Dimensity 8400 prosessorundan gedir. İndi isə insayderlər sözügedən prosessorun hansı tarixdə təqdim olunacağını və onun hansı texniki göstəricilərə sahib olacağını açıqlayıblar. Beləliklə insayderlər bildiriblər ki, Dimensity 8400 prosessoru 23 dekabr tarixində təqdim olunacaq. Məlumatda qeyd edilib ki, MediaTek-in bu yeni subflaqman prosessoru TSMC şirkətinin 4 nanometrlik istehsalat prosesi əsasında hazırlanıb.
           O özündə 8 nüvəni birləşdirir. Prosessor tərkibində nüvələr “1 + 3 + 4” sxemi üzrə yerləşiblər. Bu isə o deməkdir ki, Dimensity 8400 özündə 3.25 GHz tezlikdə çalışan 1 ədəd nüvəni, 3.0 GHz tezlikdə çalışan 3 ədəd nüvəni və 2.1 GHz tezlikdə çalışan 4 ədəd nüvəni birləşdirir. Bu yeni prosessorda qrafik imkanlardan Immortalis G720 MC7 qrafik çipi cavabdehdir. İnsayderlər bildiriblər ki, Dimensity 8400 prosessoru AnTuTu testlərində ümumilikdə 1.8 milyon xal toplayıb. Gözləntilərə əsasən Dimensity 8400-ü ilk əldə edəcək smartfon REDMI Turbo 4 olacaq.
    Paylaş