Təqdimata hazırlaşan Redmi 8 barəsində yeni məlumatlar verilib

Təqdimata hazırlaşan Redmi 8 barəsində yeni məlumatlar verilib

Texnologiya
07.10.2019 PAYLAŞIM

    Redmi 8-in təqdimatına sayılı günlər qalıb və bu münasibətlə Xiaomi şirkəti yeni modelin özəlliklərini müxtəlif tizer fotolar ilə sərgiləyir. Bu barədə Gagadget saytı xəbər verib. Beləliklə şirkətin öz Twitter hesabında təqdim etmiş olduğu yeni tizer fotolara əsasən Redmi 8 smartfonu sürətli şarj texnologiyasına sahib böyük həcmli batareya və USB-C girişi ilə təchiz olunacaq.


    Tizer fotolarda batareyanın həcmi ilə sürətli şarj texnologiyasının gücü barəsində məlumat qeyd olunmayıb. Çox güman ki, bu, 15-18 vatt gücündə olan sürətli enerji yığma texnologiyasına sahib 5000 mAh enerji tutumlu batareya olacaq. Bununla yanaşı smartfon ikili arxa kameraya da sahib olacaq və həmin kamera sensorlarından ən əsası Sony markalı olacaq.

    Güman olunur ki, bu, 12 MP-lik Sony IMX363 kamera modulu olacaq. Redmi 8A-da da bu cür kamera modulu quraşdırılıb. Smartfonun digər özəlliklərinə gəldikdə isə o, HD+ keyfiyyətli 6.21 düym ekran, 2.0 GHz tezlikdə çalışan prosessor (Snapdragon 439 və ya Snapdragon 632) və barmaq izi skanı texnologiyası ilə təchiz olunacaq. Qeyd etmək lazımdır ki, Redmi 8 modeli 9 oktyabr tarixində Hindistanda təqdim olunacaq.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Blue Origin şirkəti kosmik turistlər üçün olan New Shepard raketinin son uçuş te..

Jeff Bezos-un aerokosmik şirkəti olan Blue Origin özünün New Shepard adlı raketinin final uçuş testi..


NASA-nın yeni aparatının Aya çatdırılması SpaceX şirkətinə həvalə edilib..

NASA-nın Ay səthi üçün nəzərdə tutulmuş yeni aparatı (moon rover) Yer kürəsinin peykinə Falcon Heavy..


Huawei: 'Dünyada olan prosessor çatışmazlığı probleminin səbəbi ABŞ sanksiyaları..

Son zamanlarda dünyada mikrosxem çatışmazlığı problemi yaşanır. Bu isə öz növbəsində məhsulların qiy..


Apple növbəti təqdimat tədbirinin keçirilmə tarixini elan edib

Dünən internetdə Apple şirkətinin növbəti təqdimat tədbiri barəsində məlumat ortaya çıxmışdı. ..


2023-cü ildə Dubayda pilotsuz taksilər istifadəyə veriləcək (VİDEO)

Dubay şahzadəsi Hamdan bin Mohammad öz Twitter hesabında bildirib ki, yaxın gələcəkdə şəhər yolların..


Google Chrome brauzerinə çox faydalı multimedia funksiyası əlavə ediləcək..

Google Chrome-un test versiyasında Youtube-dan daha çox istifadə edənlər üçün faydalı funksiya reall..

×