
Təqdimata hazırlaşan Snapdragon 8 Elite (Snapdragon 8 Gen 4) prosessorunun bəzi texniki imkanları təqdim edilib
Elm & Texnologiya
08.10.2024
Emil
Qualcomm artıq bu ayın sonuna yaxın Snapdragon 8 Elite (Snapdragon 8 Gen 4) flaqman prosessorunu təqdim edəcək. İndi isə insayderlər bu yeni flaqman prosessorun bəzi texniki imkanlarını bölüşüblər. Beləliklə insayderlər bildiriblər ki, Snapdragon 8 Elite prosessorunun tərkibinə 8 nüvə daxil olacaq. Onlardan 2-si yüksək performanslı nüvə, 6-sı isə enerji effektivliyi nüvəsi olacaq. Bununla yanaşı məlumatda qeyd edilib ki, yeni prosessor LPDDR5X standartlı RAM yaddaşlarını dəstəkləyəcək.
Keçən ilki Snapdragon 8 Gen 3 kimi Snapdragon 8 Elite də UFS 4.0 standartlı daxili yaddaş həcmlərinin dəstəklərini özündə birləşdirəcək. Prosessorda qrafik imkanlardan Adreno 830 qrafik çipi cavabdeh olacaq və o, Snapdragon 8 Gen 3-ün sahib olduğu qrafik çipdən 40% daha performanslı olacaq. Snapdragon 8 Elite prosessorunun dəstəkləyəcəyi digər özəlliklərə gəldikdə isə 144 Hz–lik təsvir yenilənməsinə sahib 3840x2540 piksel keyfiyyətə qədər olan ekranları qeyd etmək olar.
Paylaş
Ən çox oxunanlar

Honor 8000 mAh-dan daha böyük həcmli batareyaya sahib smartfon üzərində çalışır
