Logo
    main-post-cover

    Təqdimata hazırlaşan yeni Huawei Kirin prosessorunun bəzi texniki imkanları açıqlanıb

         Çinli insayderlərdən biri Huawei şirkətinin təqdimata hazırlaşan yeni Kirin prosessorunun bəzi texniki göstəriciləri barəsində məlumat verib. Beləliklə insayderin sözlərinə əsasən yeni Kirin prosessoru 8 nüvədən təşkil ediləcək. Söhbət, 4 ədəd yüksək performanslı nüvədən və 4 ədəd enerji effektivliyi nüvəsindən gedir. Məlumatda qeyd edilib ki, yeni Kirin prosessoru 32 GB-a kimi LPDDR5-6400 standartlı RAM yaddaşlarını, 2 TB-a kimi daxili yaddaş həcmlərini və minimum iki ədəd USB 4 girişini dəstəkləyəcək. Yeni prosessorda qrafik imkanlardan Maleoon 910 adlı qrafik çipinin cavabdeh olacağı qeyd edilib. Məlumata əsasən sözügedən yeni Kirin prosessorunun performans səviyyəsi 2020-ci ildə satışa çıxmış iPad Pro-da istifadə edilən A12Z prosessorunun performans səviyyəsi ilə eyni olacaq.
    Paylaş