Logo
    main-post-cover

    Təqdimatdan bir gün qabaq iPad Pro 2018-in fotosu sızdırıldı

    Elm & Texnologiya
    29.10.2018
    Orkhan
        9to5Mac saytı sabah təqdim olunması güman olunan iPad Pro 2018 modelinin fotosunu təqdim edib. Sözügedən foto iOS 12 əməliyyat sisteminin beta versiyasında aşkar edilib. Əgər foto həqiqətən də iPad Pro 2018 modelinə aiddirsə, o, bir qədər qalın çərçivələrə sahib olacaq. Lakin bununla yanaşı planşet çıxıntı hissə və fiziki Home düyməsi ilə təchiz olunmayacaq. Planşetin yuxarı hissəsində cihazı aktiv/deaktiv etmək düyməsi, sağ hissədə isə səsin tənzimlənməsi düymələri yerləşir. Güman olunur ki, iPad Pro 2018-in kiçik versiyası 10.5 inç, böyük versiyası isə 12.9 inç ekrana sahib olacaq. Yeni planşet modeli həmçinin A12X prosessoru, USB Type-CApple Pencil stilusu ilə təchiz olunacaq. Qeyd etmək lazımdır ki, Apple şirkətinin növbəti təqdimat tədbiri sabah keçiriləcək.

    Paylaş
    Bənzər xəbərlər