
Təqdimatdan bir gün qabaq Redmi K70-in hansı prosessoru əldə edəcəyi açıqlanıb
Elm & Texnologiya
28.11.2023
Xiaomi-nin Redmi brendi təqdimatdan bir gün qabaq Redmi K70 smartfon seriyasına daxil olacaq adi Redmi K70-in hansı prosessor vasitəsilə çalışacağını açıqlayıb. Beləliklə şirkət tərəfindən verilmiş məlumata əsasən sözügedən smartfon keçən ilki Snapdragon 8 Gen 2 prosessoru vasitəsilə çalışacaq. Bununla yanaşı şirkət təsdiqləyib ki, adi Redmi K70 smartfonu 2K keyfiyyətli ekrana, 50 MP-lik əsas arxa kameraya və 120 vatt gücündə sürətli şarj texnologiyalı 5120 mAh enerji tutumlu batareyaya sahib olacaq.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...