
Təqdimatdan öncə Honor Watch 4 Pro-nun satış qiyməti ortaya çıxıb
Elm & Texnologiya
12.10.2023
Emil
Bugün Honor şirkəti öz yeni qatlana bilən smartfonu Honor Magic Vs 2-ni və smart saatı Honor Watch 4 Pro-nu təqdim edəcək. Təqdimata sayılı saatlar qalmış internetdə Honor Watch 4 Pro-nun satış qiyməti barəsində məlumat ortaya çıxıb. Beləliklə ortaya çıxmış məlumata əsasən sözügedən smart saat Çində 410$ qiymətində satışa çıxacaq. Məlumatda həmçinin qeyd edilib ki, Honor Watch 4 Pro smart saatı Brown, Black və Dark Green adlı gövdə rənglərinə sahib olacaq. Texniki göstəricilərə gəldikdə isə smart saatın 1.5 düym dairəvi AMOLED ekran, 4 GB RAM, 64 GB daxili yaddaş həcmi və 480 mAh enerji tutumlu batareya ilə təchiz olunacağı gözlənilir.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
