Tərləyən zaman avtomatik olaraq havalandırma sistemini işə salan köynək ixtira edilib (VİDEO)

Tərləyən zaman avtomatik olaraq havalandırma sistemini işə salan köynək ixtira edilib (VİDEO)

Texnologiya
05.09.2017 PAYLAŞIM

Massaçusets Texnologiya İnstitutunun mütəxəssisləri, tərləyən zaman avtomatik olaraq havalandırma sistemini işə salan yeni köynək yaradıblar.

Köynək, bakteriyaların hesabına çalışır. İnstitutun biomühəndisi Wen Wang, öz əməkdaşları ilə birlikdə kiçik havalandırma klapanlarına sahib və lateksdən hazırlanmış köynək yaradıblar. Həmin havalandırma klapanları, orqanizmin nə qədər istilik ifraz etməsindən asılı olaraq açılıb-bağlanırlar. Maraqlısı isə ondadır ki, klapanlar, bakteriyaların hesabına idarə olunur. BakteriyaMARAQlar, nəmişlik miqdarı çox olan zaman genişlənir, hava quru olanda isə kiçilirlər. Mütəxəssislər öyrəniblər ki, bakteriyaların bu cür reaksiyaları, köynəkdəki məsamələri açmaq gücünə sahibdir. Beləliklə alimlər, ot çubuğundan (torpaqda rast gəlinən bakteriya növü) istifadə edib, dəri temperaturuna reaksiya verən klapanlara sahib 3 laylı köynək yaradıblar.

Könüllülər, xüsusi köynəkləri, qaçış və velosipeddən istifadə zamanı geyiniblər. Təcrübə əsnasında məlum olub ki, köynəkdəki klapanlar, məşqin təqribi olaraq 5-ci dəqiqəsində açılmağa başlayıblar. Bu vasitə ilə tər tamamilə buxarlanıb, dəri temperaturu isə aşağı düşüb. Qeyd olunub ki, həmin klpapanlar, insan anatomiyasına uyğun olan yerlərdədir. Məsələn, onların ən böyükləri, insan orqanizminin ən çox istilik ifraz etdiyi hissələrində yerləşir. Məhsulu kommersiya məqsədli etmək üçün alimlər həmin köynəyi yumaq üçün əlverişli etməlidirlər. Qeyd etmək lazımdır ki, idman geyimləri üzrə fəaliyyət göstərən məşhur “New Balance” şirkəti, bu məsələ ilə bağlı alimlərlə qarşılıqlı əlaqəyə keçib.



Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Amazon özünün qlobal internet layihəsinin peyklərini Yer kürəsinin orbitinə yerl..

Amazon şirkətinin peyklərinin Yer kürəsinin orbitinə çatdırılması üçün United Launch Alliance şirkət..


Apple iPad Pro 2021, iMac 2021 və AirTag trekeri təqdim olunub - QİYMƏTİ

Apple şirkəti dünən yeni məhsullarının təqdimatını keçirtdi. Təqdimat çərçivəsində ən nəzərə çarpan ..


MediaTek dünyanın ilk 4 nanometrlik mobil prosessorunu hamıdan əvvəl təqdim edə ..

Tayvanın MediaTek şirkəti keçən il nəzərə çarpacaq nəticələr əldə etmişdi və hətta istehsal olunmuş ..


2030-cu ildən Vaşinqton ştatında benzinlə çalışan minik avtomobilləri qadağan ed..

Vaşinqtonun qanunverici orqanı yeni “Clean Cars 2030” adlı qanunu qəbul edib.


NASA Mars səthində olan Ingenuity dron aparatının ilk uçuşunu uğurla reallaşdırd..

NASA agentliyi Ingenuity dronunun Mars atmosferində ilk uçuşunu uğurla reallaşdırdığını elan edib. ..


NASA astronavtlarının Aya göndərilməsi ilə SpaceX məşğul olacaq

NASA agentliyi SpaceX şirkəti ilə vacib müqavilə bağlayıb.

×