
Kütləvi informasiya vasitələrində süni zəka və virtual reallıq texnologiyalarına çox diqqət ayırırlar.
Bunu jurnalistlərin özləri və həmçinin New York Times saytının müxbiri Cade Metz də etiraf ediblər. Onun fikrincəı süni zəkanı VR-dan ayıran əsas özəllik dünyanı sözün əsl mənasında elə indi dəyişməkdir. Müəyyən vaxtdan sonra bu dəyişikliklər radikal ola və bizləri məşhur “Terminator” filmindəki Skynet süni zəkasının aqibətinə gətirib çıxara bilər. Günümüzdə süni zəka və virtual reallıq haqqında bitcoin və blockchain haqqında danışılan kimi çox danışırlar. Lakin Cade Metz-in fikrincə süni zəka ilə VR arasında ciddi bir fərq var.
VR hələki əyləncə xarakteri daşıyır və kompüter oyunları sektorunun əsas atributuna çevrilib. Süni zəka isə artıq insanın gündəlik həyatına təsir edir. Bu baxımdan Metz “Waymo” şirkətinin pilotsuz avtomobillərini, insanın bir çox əmrlərini yerinə yetirməyi bacaran Amazon Echo səsgücləndiricisini və son illərdə daha da təkmilləşən Google Translate tərcüməçisini misal gətirib.
Sony bu dəfə bazardan çəkilməyi düşünür!
Silikon Vadisinin bir çox mütəxəssisləri süni zəka təhlükəsi barəsində xəbərdarlıq edirlər. Bugün alqoritm insanın rutin işini uğurla yerinə yetirir, sabah isə o, idarəetməni ələ keçirdib insanı tabe edə bilər. Bu cür proqnoza “SpaceX” və “Tesla” şirkətlərinin təsisçisi Elon Musk inanır. Metz-in fikrincə bu qorxular heç də əsassız deyil.
“Baxmayaraq ki, Skynet tərzli ssenari yalnız uzun-uzun illərdən sonra real problemə çevrilə bilər, biz indidən ona hazırlıqlı olmalıyıq” – deyə Cade Metz bildirib.
Şərh yoxdur