'Tesla' 1 saat ərzində yarım milyon dollar vəsait itirir

'Tesla' 1 saat ərzində yarım milyon dollar vəsait itirir

Texnologiya
23.11.2017 PAYLAŞIM

Hər saat ərzində “Tesla” şirkəti yarım milyon vəsait itirir.

Bloomberg saytının verdiyi xəbərə əsasən bu templə şirkət gələn ilin 6 Avqust tarixinə kimi vəsaitsiz qalacaq. Son 1 il ərzində “Tesla” 1 dəqiqə ərzində 8000$, 1 saat ərzindıə isə 480.000$ vəsait itirib. Şirkət düşünür ki, bu vəziyyət Model 3-ün satışa çıxmasından sonra dəyişəcək. Görünür, investorları bu cür vəziyyət narahat etmir. Çərşənbə axşamı şirkətin səhmləri 3% qalxaraq 317.81$ təşkil edib. Beləliklə o öz dəyərini 53 milyard dollara çatdırıb (“Ford” şirkətinin kapitalizasiyası 48 milyard dollar təşkil edir).



Bununla belə əlavə vəsaitlərə olan tələbat müştrilərdən Model 3-ə görə öncədən pul ödənişini tələb etməyə Musk-ı vadar edir. Tesla Roadster The Founders Series modelinin qiyməti 250.000$ təşkil edəcək və 1000 ədəd bu cür avtomobilin satışı şirkətə 250 milyon dollar gəlir gətirə bilər. Lakin bu cür vəsait şirkətin maliyyə tələblərinin heç yanında da durmur. Belə ki, Model 3-ün istehsalına yatırılmış külli miqdarda vəsaitlərin sayəsinə şirkət hər ilin rübündə milyard dollar vəsait sərf edir.

“Onların daha 10 ay və ya 1 il dayana biləcəklərindən asılı olmayaraq Musk-a tez zamanda pul vəsaitinin cəlb olunması lazımdır” – deyə Bloomberg Intelligence-nin baş analitiki bildirib.


Onun hesablamalarına əsasən 2018-ci ilin ortasında “Tesla” şirkəti 2 milyard dollar vəsait cəlb etməli olacaq. “Tesla” şirkəti bildirib ki, gələn ilin Mart ayının sonuna kimi 5000 ədəd Model 3 avtomobilinin istehsalı üçün yetəri qədər resursa sahibdir. Bu müddətdən sonra isə şirkət böyük gəlir vəsaitlərini məhsul satışı və xidmətlərindən əldə etməyi planlaşdırır. Bu barədə o, 1 Noyabr tarixində investorlara göndərilmiş məktubda qeyd edib.

“Tesla”da o qədər də çox variant yoxdur. Şirkət artıq yetəri dərəcədə kredit borcuna girib, qiymətli kağızlar bazarı isə hal hazırda yaxşı gəlir mənbəyi deyil. Baxmayaraq ki, şirkətin səhmləri bu bir neçə gün ərzində artıb, 3 ay bundan öncə şirkətin 1.8 milyard dollar borcunu öz üzərlərinə götürmüş investorların hamısı vəsait itkisi yaşayırlar. Bu öz növbəsində ən optimal variant kimi səhmlərin satılmasına gətirib çıxara bilər. Lakin bu cür nəticə səhmdarların paylarının azalmasına gətirib çıxara bilər. Həmin səhmdarlardan ən əsası isə Elon Musk özüdür.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Blue Origin şirkəti gələn ay olacaq ilk kosmik turistik uçuşa əlavə sərnişin yer..

Jeff Bezos-un Blue Origin şirkəti kosmosa ilk özəl uçuş missiyası üçün əlavə sərnişin yerini 28 mily..


NASA agentliyi astronavtları Aya yollayacaq yeni raketini sərgiləyib

NASA agentliyi ilk dəfə olaraq özünün Space Launch System (SLS) adlı raketlərini sərgiləyib...


Facebook-un ilk smart saatı barəsində yeni məlumatlar verilib

İnsayderlər Facebook şirkətinin ilk smart saatı barəsində yeni məlumatları veriblər.


Məşhur analitik Apple şirkətinin AR cihazının nə zaman təqdim olunacağını açıqla..

WWDC 2021 konfransından sonra məşhur analitik Ming-Chi Kuo, Apple şirkətinin öz artırılmış reallıq c..


Amazon-un yaradıcısı Jeff Bezos yaxın zamanda kosmosa yollanacaq

Amazon şirkətinin təsisçisi Jeff Bezos heç gözlənilmədən kosmosa uçmaq planını elan edib...


Çin Kosmik Stansiyasının yeni növ mühərriklər vasitəsilə çalışacağı məlum olub..

Yer kürəsinin orbitində yığılmasına start verilmiş Çin Kosmik Stansiyası barəsində yeni məlumatlar o..

×