Tesla avtopilotu saatda 140 km sürətlə polisdən qaçmaq istəyib: Sürücü yatmış vəziyyətdə olub

Tesla avtopilotu saatda 140 km sürətlə polisdən qaçmaq istəyib: Sürücü yatmış vəziyyətdə olub

Texnologiya
20.09.2020 PAYLAŞIM

    Avtopilot sisteminə sahib Tesla Model S elektromobili yenə yol hərəkəti hadisəsində iştirak edib. Lakin bu dəfə dəhşətli nəticələrə rast gəlinməyib. Bu barədə Gagadget saytı xəbər verib. Hələ bu ilin iyul ayında Kanadanın Alberta adlı əyalətində baş vermiş hadisə barəsində məlumat verilib. Belə ki, həmin vaxtda yol polislərinin diqqətlərini yolda saatda 140 km sürətlə hərəkət etmiş Model S elektromobili çəkib. Bununla belə sərnişin və sükan arxasında olan oturacaqlar arxa tərəfə əyilmiş şəkildə idilər. Başqa sözlə desək, elektromobil saatda 140 km sürətlə hərəkət edən zaman onun daxilində olmuş şəxslər yatmış vəziyyətdə idilər.

    Bütün müddət ərzində isə elektromobili avtopilot sistemi idarə edirdi. Polislər elektromobilə çatıb onu dayandırmağa cəhd göstəriblər. Lakin elektromobil saatda 150 km sürətə çatıb. Çox güman ki, elektromobilin sistemi sadəcə olaraq boş yola reaksiya verib. Belə ki, yol polisi maşınlarının siqnalları sayəsində digər avtomobillər yolun əsas hissəsindən çəkilməli olurdular. Nəticə etibarilə polislər bu cür yüksək sürətlə hərəkət etmiş Model S-i dayandıra biliblər. Polislərin verdikləri məlumatlara əsasən sürücü və sərnişinlər yuxulu görünürdülər.


    Elektromobilin 20 yaşlı sürücüsü sürət həddini keçməkdə günahlandırılmışdı. Dekabr ayında onu məhkəmə gözləyir. Polislər qeyd ediblər ki, sürücülər hələ də öz avtomobillərinin idarəetmələrindən cavabdehdilər. Belə ki, müasir avtomobillərdə avtopilot sistemi hələ ideal səviyyədə deyil. Bu həqiqətən də belədir. Tesla-nın sonuncu avtopilot sistemi tələb edir ki, sürücünün əlləri sükanın üzərində olsun. Əks halda elektromobil öz sürətini aşağı salır və yavaş şəkildə park olunur. Lakin avtopilot sistemlərinin hack olunması üsulları mövcuddur və hətta bəzi sürücülər əlləri sükan üzərində ola-ola da yuxuya gedə bilirlər.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Proqramlaşdırma dilləri üçün nəzərdə tutulmuş süni zəka əsaslı tərcüməçi yaradıl..

Think 2021 adlı konfrans çərçivəsində IBM şirkəti süni zəka əsasında yaradılmış CodeNet adlı yeni al..


Starship kosmik gəmisi Texasdan Havay adalarına kimi ilk orbital uçuşunu reallaş..

SpaceX şirkətinin göndərdiyi sorğuya əsasən Starship kosmik gəmisinin prototipi Texas ştatındakı sta..


MediaTek şirkəti büdcəli smartfonlar üçün Dimensity 900 adlı performanslı proses..

MediaTek şirkətinin Dimensity 900 adlı yeni 6 nanometrlik prosessoru yüksək tezlikli təsvir yenilənm..


Apple şirkəti öz portativ oyun konsolunu satışa çıxarda bilər

Son zamanlarda gaming sahəsi daha da böyüyüb və sürətlə inkişaf etməyə davam edir. Bu cür sürətli bö..


Pirat kontent yüklənməsinə görə Starlink istifadəçiləri internetdən məhrum ola b..

Starlink peyk internetinin yayılmasının qarşısında heç gözlənilməz maneə dayana bilər.

×