main-post-cover

    Tesla, avtopilotun çalışması zamanı sürücünün vəziyyətini təyin edəcək yeni funksiya üzərində çalışır

    Elm & Texnologiya
    05.10.2020
    Emil Nəcəfov
        Məlumata əsasən elektromobil istehsalı ilə məşğul olan Tesla şirkəti avtopilot sisteminin çalışdığı müddətdə sürücünün diqqətini və aktivliyini yoxlayacaq yeni funksiya üzərində çalışır. Həmin funksiya sayəsində şirkət avtopilota aşırı dərəcədə etibar edən sürücülər səbəbilə yaranan yol-nəqliyyat hadisələrinin qarşısını almaq istəyir. Bu barədə Slashgear saytı xəbər verib. Tesla şirkəti dəfələrlə bildirib ki, avtopilot sistemi qəza və ya yoldakı vəziyyətə nəzarət zamanı sürücünü məsuliyyətdən azad etmir. Buna baxmayaraq çox zaman Tesla sürücüləri bu xəbərdarlığa fikir vermirlər.
        Bu cür halların qarşısını almaq üçün isə Tesla mühəndisləri Model 3 Model Y elektromobillərində sürücünün davranışının idarəsi üçün quraşdırılmış kameradan istifadə etməyi planlaşdırırlar. Belə ki, sükan arxasında olan sürücünün üzünü analiz edərək elektromobilin süni zəka alqoritmləri vasitəsilə onun yola nəzarət edib-etmədiyini, gözlərinin yumulu olub-olmadığını, yolda olarkən smartfondan istifadə edib-etmədiyini təyin etmək mümkün olacaq. Bu yeni fuksiyanın Tesla elektromobillərində nə zaman istifadəyə veriləcəyi barəsində bir məlumat yoxdur.
    Linki kopyala