Tesla Cybertruck-ın ön sifarişləri bütün gözləntiləri keçdi

Tesla Cybertruck-ın ön sifarişləri bütün gözləntiləri keçdi

Texnologiya
25.11.2019 PAYLAŞIM

    Tesla şirkətinin ilk pikap modeli olan Cybertruck-ın təqdimatı bir qədər mübahisəli alındı. İnternetdə yeni elektromobilin dizaynı və güllə keçirməz şüşələri barəsində çoxlu sayda memlər ortaya çıxıb. Lakin bütün bunlar Cybertruck-ın məşhurluq qazanmasına mane olmayıblar. Belə ki, Elon Musk-ın verdiyi məlumata əsasən Cybertruck-ın müxtəlif versiyalarının ön sifariş göstəriciləri diqqəti cəlb edir. Bu barədə Techcrunch saytı xəbər verib.

    Musk-ın verdiyi məlumata əsasən elektromobilin təqdimatından sonra bir neçə gün ərzində Tesla şirkəti Cybertruck-ın alınması üçün 146.000 ön sifariş əldə edib. Məlumatda qeyd edilib ki, ön sifarişlərin böyük hissəsi 3 mühərrikli və 2 mühərrikli versiyaların payına düşür. Belə ki, ön sifarişlərin ümumi sayının 41%-i 3 mühərrikli versiyasının, 42%-i isə 2 mühərrikli versiyasının üzərinə düşüb. Ön sifarişlərin ümumi sayının 17%-ni Cybertruck-ın standart versiyası təşkil edib.


    Qeyd etmək lazımdır ki, ön sifariş dedikdə elektromobilin tam qiymətinin ödənilməsi nəzərdə tutulmur. Onun  istehsalına hələ 2021-ci ildə start veriləcək. Ön sifarişin qeydə alınması üçün isə sadəcə olaraq öncədən 100$ vəsait ödəmək lazımdır. Beləliklə ön sifarişlərin nəzərə alınması ilə Tesla şirkəti artıq 15 milyon dollar gəlir əldə edib. Qeyd etmək lazımdır ki, Cybertruck-ın standart versiyası 39.900$-a, 2 mühərrikli versiyası 49.900$-a, 3 mühərrikli versiyası isə 69.900$-a satılacaq.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Acer yeni oyun notebook-larını təqdim etdi - Predator Helios ilə eynəksiz 3D oyu..

Acer 18 May tarixində baş tutan onlayn təqdimat mərasimində əsas oyun xətti olan Predator seriyasınd..


Apple şirkətinin qarışıq reallıq cihazı barəsində yeni məlumatlar verilib..

Hələ 2015-ci ildən internetdə Apple şirkətinin yeni məhsulu barəsində məlumatlar ortaya çıxır. ..


ABŞ-ın hərbi tibb işçiləri üçün süni zəka texnologiyalı AR cihaz hazırlanacaq..

ABŞ Müdafiə Nazirliyinin perspektivli tədqiqat layihələri üzrə idarəsi (DARPA) Raytheon BBN adlı şir..


Google Pixel 7 və 7 Pro smartfonlarını, Pixel Watch smart saatını və Pixel planş..

I/O 2022 konfransı çərçivəsində Google şirkəti Pixel 6a smartfonunu və naqilsiz Pixel Buds Pro qulaq..


Google xarici dili tərcümə edərək altyazı formatında istifadəçiyə ötürən yeni AR..

Google I/O 2022 konfransı artıq start götürüb və şirkət sözügedən konfrans çərçivəsində yeni innovat..


Daha bir dövrün sonu: Apple 7-ci nəsil iPod Touch-ın istehsalını dayandırdığını ..

Apple şirkəti iPod Touch playerinin istehsalını dayandırdığını elan edib. Beləliklə sözügedən player..

×