main-post-cover

    Tesla Cybertruck üçün hazırlanan möhtəşəm qaraj: Cyberbunker

    Elm & Texnologiya
    16.12.2019
    Nijat Hamid
            Tesla yaxın günlərdə təqdim etdiyi Cybertruck pikapı ilə gündəm olmağı bacarmışdı. Maşın futuristik dizaynı ilə həm tənqid, həm tərif edilsə də ümumi olaraq müsbət qarşılanmışdı. Bu səfər isə bu maşına uyğun bir qaraj proyekti ortaya atıldı. Cyberbunker adındakı qaraj xüsusilə Cybertruck üçün hazırlanıb və bütün ehtiyyacları ödəyə biləcək şəkildə konstruksiya edilib. 

    Cyberbunker qarajı ilə həm Cybertruck-ı şarj etmək, həm də qarajın içində yaşamaq olur. 

            Qaraj iki fərqli açılma mexanizminə malikdir. Bunlardan biri qarajın qapısını açaraq Cybertruck-ın içəri girməsi üçün nəzərdə tutularkən, digəri maşının hündürlüyünə görə açılaraq tavanın yüksəldilməsi üçün nəzərdə tutulub. Qaraj həmçinin bütün hava şəraitlərinə uyğun olaraq hazırlanıb. Qaraj sahibləri hətta istədikləri zaman içində yaşaya bilərlər. Digər diqqət çəkən nöqtə isə qarajın günəş panelləri ilə təchiz olunmasıdır. Bu səbəblə həm maşını şarj etmək, həm də yaşamaq üçün lazım olan enerjini təmin etmək mümkün olur. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər