Logo
    main-post-cover

    Tesla elektromobilləri üçün yeni prosessorlar 3 nanometrlik olacaqlar

    Elm & Texnologiya
    28.12.2023
    Emil
         Verilmiş məlumata əsasən Tesla şirkəti öz elektromobilləri üçün nəzərdə tutulmuş prosessorları TSMC şirkətinin ən müasir texnoloji prosesi əsasında hazırlayacaq. Söhbət, 3 nanometrlik texnoloji prosesdən gedir. Tesla ilk əvvəl öz prosessorlarını 4 nanometrlik texnoloji proses əsasında istehsal etməyi planlaşdırırdı. Bunun üçün TSMC şirkətinin Arizona ştatında inşa edilən yeni nəsil zavodundan istifadə etmək nəzərdə tutulmuşdu.
         Lakin TSMC şirkəti Arizona ştatındakı zavodunda istehsal prosesini 2025-ci ilə kimi təxirə saldı. Nəticədə Tesla öz elektromobilləri üçün lazım olan prosessorların istehsal prosesini TSMC-nın Tayvandakı zavoduna keçirtdi və üstəlik 4 nanometrlik texnoloji prosesi 3 nanometrlik texnoloji proses ilə əvəzlədi. Qeyd etmək lazımdır ki, TSMC şirkəti hal-hazırda 3 nanometrlik prosessor istehsalını yalnız Apple şirkəti üçün reallaşdırır. Söhbət, iPhone 15 Pro smartfonlarında istifadə edilən A17 Pro prosessorundan gedir.
    Paylaş