
'Tesla' ilə 'SpaceX' şirkətləri birləşə bilərlər
Elm & Texnologiya
06.12.2017
Emil
“Tesla” və “SpaceX” şirkətləri mütəmadi olaraq bir-biriləri ilə texnologiya və kadr mübadiləsi edirlər.
Lakin hər iki şirkətin maliyyə
göstəriciləri fərqlənir və müəyəən müddətdən sonra bu fərqlilik daha da böyük
olacaq. Analitiklərin fikrincə bu halda iki şirkəti birdən idarə etmək Elon
Musk üçün çətin olacaq. Ən əlverişli variant isə onların birləşməsi olacaq. İki
şirkətin birləşməsi strateji əməkdaşlıq, texnologiyaların transferi və birgə
maliyyələşdirmə ilə başlayacaq və avtomobil ilı energetik, aerokosmik layihələrin
mümkün birləşməsi ilə sona çatacaq. Bu cür proqnozu “Morgan Stanley” şirkətinin analitiki Adam
Jonas öz hesabatında bildirib. O uzun müddətdir ki, “Tesla” şirkətinin maliyyə
göstəricilərini izləyir.
Elon Musk tərəfindən idarə olunan hər iki şirkət artıq
öz aralarından texnologiya mübadiləsi aparır. “SpaceX” “Tesla”nın istehsalat
texnologiyalarını əldə edir. “Tesla” isə “SpaceX”in innovasiyalı qaynaq
(svarka) üsullarını əldə edir. Bir neçə müddət bundan öncə Musk bildirmişdi ki,
yeni Tesla Roadster avtomobili raket texnologiyaları sayəsində sürət rekordları qıracaq.
Lakin Adam Jonas-ın fikrincə bu iki şirkət arasındakı əməkdaşlıq təkcə
texnologiyalar mübadiləsi ilə bitməyəcək. O, “Tesla” ilə “SpaceX”in birləşməsinin
bir neçə səbəblərini açıqlayıb. İlk problem Elon Musk-ın özü ilə bağlıdır.
Analitikin fikrincə investorlar müəyyən müddətdən sonra Musk-ın öz gücünü
aerokosmik şirkətinin idarəsinə yönəldəcəyini gözləyirlər. Bu halda o, “Tesla”
şirkəti üzərində idarəetməni kiməsə verməli olacaq.

Musk bildirirdi ki, Model 3
avtomobilinin kütləvi istehsalata başlayacağı vaxta kimi CEO vəzifəsində
qalacaq. Şirkət istehsalat problemləri ilə qarşılaşsa da, yaxın zamanda bu
problemlər aradan qaldırılacaq. Bir çox investorlar üçün Musk-ın CEO vəzifəsindən
getməsi heç əlverişli deyil. Belə ki, o, onlar üçün şirkətdən daha çox
prinsipial məna daşıyır. Digər problem isə elektromobil bazarının
transformasiyası ilə bağlıdır. Hər il bu sahədə olan rəqabət daha da kəskin
olur. Bu isə “Tesla” şirkətini daha da zəif vəziyyətə salır. “SpaceX” isə gəlirli
biznes olmağa iddialıdır. Peyk biznesinin işə salınmasından sonra bu daha da nəzərə
çarpan bir faktdır. Bu cür şərtlərdə heç təəccüblü deyil ki, avtomobil biznesi
raket istehsalçısından biznes modeli və istehsalat prosesini mənimsəyir. Süni zəka
texnologiyasının inkişafı da bu iki şirkətin sıx əməkdaşlığına şərait yaradır. “Kosmos
və pilotsuz idarə sistemləri süni zəkanın daha çox xeyir gətirə biləcəyi,
adlarının ən çox hallandığı iki sahədir” – deyə Adam Jonas bildirib.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
